Üsyançılardan həbsxanaya hücum: 11 ölü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə, Dünya

Üsyançılardan həbsxanaya hücum: 11 ölü

Üsyançılardan həbsxanaya hücum: 11 ölü


Suriyanın paytaxtı Dəməşqdə hökumətə qarşı çıxan üsyançılar həbsxananı top atəşinə tutublar.

ANS PRESS-in məlumatına görə, SANA xəbər agentliyi xəbər verir ki, hadisə məhbusların yaxınları onları ziyarətə gələn zaman baş verib. Açılan atəş nəticəsində azı 11 nəfər öldürülüb, 56 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır.

Duma şəhərində isə, yaşayış məntəqəsi Suriya hərbi hava qüvvələrinə məxsus qırıcılar tərəfindən atılan mərmilərin hədəfinə tuş gəlib. Aviazərbələr zamanı bir ev tamamilə dağılıb. Aviazərbələr nəticəsində aralarında 12-si azyaşlı və 8-i qadın olmaqla 34 nəfər öldürülüb.

Evlərdən birində azyaşlı qız uşağı bir gün dağıntılar altında qaldıqdan sonra sağ xilas edilib. Bir həftə əvvəl Duma şəhərində bazar meydanı bombalanmış, nəticədə 100-dən çox dinc insan öldürülmüşdü.

Suiriyada 2011-ci ildən bəri baş qaldıran münaqişə nəticəsində 240 mindən çox insan öldürülüb, 4 milyon insan qaçqın düşüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *