Saakaşvili: Rusiya dağılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal

Saakaşvili: Rusiya dağılacaq

Saakaşvili: Rusiya dağılacaq


Putindən sonra – düzdür, nə qədər tez baş verəcəyini bilmirəm, lakin onun böyük, hər şeyi özünə bağlayanda yaranan mexaniki yorğunluğu hiss olunur, – Putindən sonra Rusiyada iki-üç il xaos olacaq. Vertikallardan sonra (hakimiyyət vertikalı – red.) qarışıq vaxtlar gəlir, çox qanlı vaxtlar olmasa yaxşı olar.

Bundan sonra... Şimali Qafqaz ayrılacaq, Tatarıstan və Başqırdıstan özünü yada salacaq, Uzaq Şərq çoxdan Yaponiya və Çinə meyllidir... SSRİ-dən sonra baş verənlər təkrarlanacaq. Luqansk və Donetskə gəldikdə isə, sovet qoşunlarının çıxdığı Əfqanıstanda baş verənlər təkrarlanacaq. Bu şəhərlər Ukraynanın olub və olacaq da.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın “Novaya qazeta”sına müsahibəsində Ukraynanın Odessa vilayəti dövlət administrasiyasının rəhbəri, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili gələcəkdə Luqansk və Donetskin taleyinin necə olacağı barədə sualı cavablandırarkən bildirib.

Odessada işindən danışan Saakaşvili qeyd edib ki, rüşvətxorluqla mübarizə çox asandır:

“Mən bilmirəm kim rusiyalıların beyninə yeridir ki, rüşvətxorluğa qalib gəlmək mümkün deyil. İki-üç real addım atmaq kifayətdir ki, insanlar qayanın yerindən tərpəndiyini başa düşsünlər”.

Saakaşvili həmçinin məşhur gürcü teatr rejissoru Robert Sturua ilə arasında yaşanmış münaqişədən danışıb:

“Ona görə ki, onun dostlarının oğlunu ota görə (marixuananı nəzərdə tutur – red.). O, daxili işlər nazirinə zəng etdi və dedi: bilirsən, elə yaxşı oğlandır, qoy buraxsınlar... Ona isə cavab verdilər: bizim sizə hörmətimiz böyükdür, amma qanunla hərəkət edəcəyik. Sovet ziyalıları çox təəccübləndilər – onlar sovet qanunları ilə, dostluq-mafiya qanunları ilə yaşamağa öyrəşiblər axı... Amma məlum oldu ki, bu, daha keçərli deyil.

Bir dəfə böyük bir gürcü iyerarxı (din xadimi – red.) mənə dedi: siz “vor zakonları” (“qanuni oğrular – red.) necə qova bilərdiniz! Onlar bizə o qədər kömək edirdilər, kilsələrə ianə verirdilər... Odessada bir kilsə xadimi məndən liman məmuruna görə xahiş etdi. Mən çoxdan bu məmura diqqət yetirirdim, amma keşişin sözündən sonra onu dərhal işdən çıxartdım”.

Sakaaşvili “bəs nə üçün “vor zakonlar” indiyədək sizi öldürməyiblər?” sualına isə Saakaşvili belə cavab verib:

“Niyə öldürmürlər... Onlar qorxaqdırlar. Peşəkar cinayətkarlar ümumiyyətlə tez-tez qorxaq olurlar və onların sistemində də həmin korrupsiya işləyir”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *