Pakistanda terror aktı: nazir daxil olmaqla 10 nəfərdən çox həlak olan var – VİDEO
Pakistanda terror aktı zamanı ölkənin ən iri əyaləti olan Pencabın daxili işlər naziri həlak olub.
Oxu.Az xəbər verir ki, kamekadze nazirliyin binasına daxil olaraq, binanı demək olar ki tamamən məhv edən partlayış törədib.
Hadisə zamanı içəridə yüzə yaxın insan olub. Nazirdən başqa ona yaxın adam həlak olub.
İndiyə qədər xarabalıqlar altında iyirmidən çox adam qalır. Polis bunun ölkənin ən iri “Laşkar-ə-Canqvi” ekstremist qruplaşmasının intiqamı olduğunu hesab edir.
Keçən ayın sonunda hökumət qüvvələri atışma zamanı qruplaşmanın rəhbərini öldürmüşdülər.
Mənbə:> Oxu.Az