Litva rusiyalı turistləri azərbaycanlılarla əvəz etmək istəyir
Litva Rusiya səyahətçilərini İzrail, Azərbaycan, Norveç, Latviya, Belarus və digər dövlətlərin turistləri ilə əvəzləmək istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Nəşr Rusiyadan gələn turist axının azalması səbəbini belə izah edir:
“Keçən ilin ortalarından rusiyalı tursitlərin Litvaya axını azalıb — onlar rublun dəyərdən düşməsindən və Rusiya telekanallarının Litva haqqında yanlış məlumatlar yaydıqları üçün bu ölkəyə gəlməkdən qorxurdular”.
Vilnüs, Druskininkay və Anikşayda SPA mərkəzləri olan “Raminora” şirkətinin rəhbəri Valdas Trikunasın sözlərinə görə, əgər əvvəllər Litvaya 25-30 ölkədən qonaq gəlirdisə, bu il ölkəyə 53 dövlətin turistləti baş çəkiblər.
O qeyd edib ki, İzrail, Azərbaycan, Norveç, Latviya və Belarusdan gələn qonaqların sayı xeyli artıb.
Mənbə:> Oxu.Az