"Rustavi 2" bağlanır
Gürcüstada məhməmə "Rustavi 2" telekanalının əmlakının müsadirəsi haqda qərar verib. ANS PRESS-in məlumatına görə, bu qəraraı Tiflis şəhər məhkəməsi qərar verib. Xəbər kanalın saytında yerləşdirilib.
Müsadirə edilən əmlak sırasında Sandro Euli küçəsindəki torpaq sahəsi də var. Kanalın ofisi də məhz bu ərazidə yerləşir.
Bu barədə qərar keçmiş səhmdar Kibar Xalvaşinin iddiası əsasında verilib. O, iddia edir ki, bir neçə il öncə qanunsuz olaraq telekanaldakı hissələrindən qanunsuz olaraq məhrum edilib.
"Rustavi 2"nin icracı direktoru Nika Qvaramiya brifinqində bildirib ki, bu qərar siyasiləşib və qanunlara ziddidr. Onun sözlərinə görə, müsadirə barədə verilən qərar Kibar Zalvaşi ilə bağlı deyil.
"Qruziya Onlayn"nın məumatına görə, hazırda şirkətin səhmdarları arasında Georgi Qeqeşidze (10%), Levan Karamanaşvili (50%) və Georgi Karamanaşvili (40%) var.
Xalvaşi 2005-ci iləd "Rustavi 2"nin 100 faiz səhminə malik olub. Həmin ilin dekabr ayında 22 faizi səhmi "Saktsementi" şirkətinə verib. Bu şirkətin rəhbəri isə Gürcüstan keçmiş XİN başçısı Gela Bejuaşvilinin atası Robert olub.
2006-cı ildə isə Xalvaşi geridə qalan 78 faizi satıb. 2007-ci ildə o Gürcüstanı tərk edib və Almaniyaya köçüb.
Mənbə:> ANSPRESS