Nazirlər Kabineti qaydalara dəyişiklik etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Nazirlər Kabineti qaydalara dəyişiklik etdi

Nazirlər Kabineti qaydalara dəyişiklik etdi


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarı ilə təsdiq edilmiş “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydası”nda dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin yeni qəbul edilmiş qərarı ilə vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsasları siyahısına dəyişiklik olunub.

“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar aşağıdakılardır:

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi;

- Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərə, eləcə də digər xüsusilə ağır və ağır cinayətlərə görə məhkum edilməsi (məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq);

- bu hissənin üçüncü abzasında göstərilən cinayətlərə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, tutulması və ya barəsində hər hansı qətimkan tədbirinin seçilməsi (azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğun olaraq, dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərinin olması;

- xarici ölkədə daimi yaşaması;

- Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə Dövlət Miqrasiya Xidmətinə və ya Xarici İşlər Nazirliyinə müraciət etməsi və ya barəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı icraata başlanılması;

- yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxarılması;

- yoxlama tədbirlərindən boyun qaçırması və ya qəsdən yalan anket məlumatları verməsi.

Vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasından imtina edilməsi barədə qərarı təşkilat rəhbəri yoxlama tədbirlərinin nəticələrini nəzərə almaqla, fərdi qaydada qəbul edir. Vətəndaşın həmin qərardan şikayət vermək hüququ var.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *