İlham Əliyev Bakıya qayıtdı – FOTO
Aprelin 24-də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb.
ANS PRESS-ın məlumatına görə, Çanaqqala şəhərinin hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidenti İlham Əliyev Çanaqqala Zəfərinin 100-cü il dönümü münasibətilə bağlı keçiriləcək mərasimlərdə iştirak etmək üçün Çanaqqalaya getmişdi.
Qeyd edək ki, Türkiyədə aprelin 24-də Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd olunub.
Mərasimə 17 prezident, 3 parlament rəhbəri, 3 prezident müşaviri, 5 baş nazir, 1 keçmiş prezident, 28 nazir, 6 beynəlxalq təşkilat rəhbəri olmaqla 90-a yaxın ölkədən rəsmilər qatılıb.
I Dünya müharibəsi illərində Çanaqqala savaşında ümumilikdə 500 mindən çox insan ölüb. Türklər bu müharibədə 57 min şəhid verib. Savaşda azərbaycanlı əsgərlər də iştirak ediblər.
[/center]
Mənbə:> ANSPRESS