Bakıda "avtoş" diş həkimi tutuldu
Bakıda avtoxuliqanlıq edən diş həkimi saxlanılıb. Hazırdı həmin şəxs Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindədir. ANS PRESS-in avtosfer.az-a istinadla verdiyi məlumata görə, bu gün həmin müəssisədə saxlanılan şəxslərlə görüş zamanı məlum olub ki, onlardan biri diş həkimi işləyir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, Pirallahı rayonu ərazisində yol polisləri dövlət qeydiyyat nişanı olmadan "Mersedes" markalı avtomobili idarə edən 1985-ci il təvəllüdlü Əliyev Əliyoldaş Kamil oğluna "Saxla!" işarəsi verib. Amma sürücü polislərin bu əmrinə riayət etmədən avtoxiqanlıq hərəkətləri edib və qaçmağa nail olub.
Sonradan Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları Ə.Əliyevi idarə etdiyi avtomobillə birgə saxlayıb. Ə.Əliyev məhkəmənin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin (İXM) 296-1.1 maddəsi ilə təqsirli bilinib, ona 30 gün inzibati həbs verilib.
Əliyoldaş Əliyev Bakının Nizami rayonunda stomotoloji klinikada işləyir.
Mənbə:> ANSPRESS