Droqbadan türk xalqına mesaj
Bir müddət “Qalatasaray” klubunda çıxış edən Didye Droqba İstanbulda törədilən terror aktına biganə qalmayıb.
Oxu.Az “Sputnik”ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu əsgər salamı verərkən çəkdirdiyi şəkili “Instagram” hesabında paylaşıb.
O, şəklin altında “Nə bölə, nə də ayıra bilərsiniz. Türkiyə birlikdə gözəldir” sözlərini yazıb.
Qeyd edək ki, İstanbulda törədilən terror zamanı 44 nəfər dünyasını dəyişib. Ölənlərin çoxu polis əməkdaşıdır.
Mənbə:> Oxu.Az