Sahibkara kömək etməyənlər cəzalandırılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial

Sahibkara kömək etməyənlər cəzalandırılacaq

Sahibkara kömək etməyənlər cəzalandırılacaq


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə yeni 602-1 (Lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulması) maddəsinin əlavə edilməsi müzakirə olunub.

AzNews.ihfo APA-ya istinadən xəbər verir ki, yeni maddəyə əsasən “Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulmuş məlumatların həmin qanunla müəyyən edilmiş müddətdə və qaydada lisenziya və icazə verən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına, səlahiyyətli orqana və lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimələnəcək.

Sahibkarın müraciəti əsasında lisenziya və icazə verən orqan tərəfindən səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verilməməsinə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki yardım göstərilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir.

Dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilməsi mümkün olan sənədlərin lisenziya və icazə verən orqan tərəfindən ərizəçidən tələb olunmasına görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimələnir.

Lisenziya və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqan və müəssisələrinin tələb olunan rəyin və verməli olduqları sənədlərin alınması üçün lisenziya və icazə verə orqan tərəfindən tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimə olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *