Vəzifəli şəxslər üçün yeni cərimə tətbiq olunur
Azərbaycanda Tikintilərin Dövlət Reyestrinin aparılması qaydalarını pozan vəzifəli şəxslər cərimələnəcək.
Aznews.info xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni əlavələrdə öz əksini tapıb.
Yeni layihədə qeyd edilib ki, tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatları Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətdə göndərməyənlər və təqdim etməyən vəzifəli şəxslər cərimələncəklər.
Cərimənin məbləği 500 manatdan 1000 manatadək olacaq.
Vəzifəli şəxslər bu xətanı bir il ərzində təkrar törətdikdə onlar 2000 manat məbləğində cərimələnəcəklər.
Mənbə:> Trend.az