Nazir Rəşad Məcidovu işdən çıxardı
Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Məcidov işdən çıxarılıb.
"Report" nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, R.Məcidov öz ərizəsi əsasında işdən azad olunub.
Hələlik R.Məcidovun yerinə təyinat olmayıb və nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsi boşdur.
Xatırladaq ki, kənd təsərrüfatı naziri Heydər Əsədovdur.
Mənbə:> Report.az