Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi – VİDEO
Yağış zamanı Binəqədi rayonunda gölməçələr yarandı. Onu da iki-üç gün ərzində yox eləyə bildik.
Qafqazinfo xəbər verir ki, bu sözləri “ATV Xəbər”ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.
O, hadisəni işıqlandıran jurnalistlərə məsləhət də verib:
“Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər. Ona görə bizə də 2-3 gün vaxt verin. Lakin siz jurnalistlər yağış başlayan kimi elə kiçik gölməçəni görüb deyirsiz ki, Bakını tamamilə su basıb. Yaxşı oldu ki, Zabratın subasmasını görmədiz, amma mən gördüm. Getmişdik ora, sadəcə arxı qazdıq, gölə ötürdük. Bununla da su məsələsi qurtardı. İnsanlarımız, əsasən də jurnalistlərimiz yaxşı olardı ki, öz işindən beş dəqiqəliyə ayrılıb arxı açardı, nə olardı ki?”.
Mənbə:> Qafqazinfo.az