İşğal olunmuş ərazilərin Azərbaycana təhvil verilməsi əmri » AzNews.info -Xəbər portalı

İşğal olunmuş ərazilərin Azərbaycana təhvil verilməsi əmri

İşğal olunmuş ərazilərin Azərbaycana təhvil verilməsi əmri


Xankəndidəki hakimiyyət Moskvadan, habelə İrəvandan birbaşa əmr alıb ki, əraziləri Azərbaycana təhvil vermək üçün hazırlamaq gərəkdir.

AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, bunu İrəvandakı “Üçüncü Qüvvə Plyus” qəzetinin baş redaktoru Vahram Ağacanyan yazıb.

Baş redaktorun yazdığına görə, Xankəndidəki rejim 6 milyard drama yaxın vəsaiti mənimsəyib. Ermənistanın Mərkəzi Bankı da bununla bağlı araşdırmalara başlayıb, bir neçə yüksək çinli məmur həbs olunub.

“Dağlıq Qarabağda dolaşan və gündən-günə güclənən, artıq şübhə doğurmayan şayiələrə görə, Xankəndidəki hakimiyyət Moskvadan, habelə İrəvandan birbaşa əmr alıb. Əmrdə göstərilir ki, əraziləri Azərbaycana təhvil vermək üçün hazırlamaq gərəkdir. Bunun üçün Dağlıq Qarabağda gələcəkdə mümkün ola biləcək müqavimət ocaqları indidən zərərsizləşdirilir və köhnə bolşevik metodu ilə yerli sakinlər klassik yoxsulluq, səfalət həddinə çatdırılır.

Çünki yoxsul, çörək axtaran insanı siyasət maraqlandırmır. Belə adamı istənilən qərarla razılaşmağa vadar etmək olar. Digər məqsəd isə Ermənistanla Dağlıq Qarabağ arasındakı münasibətlərin pisləşməsidir. Unutmayaq ki, Dağlıq Qarabağı bütünlüklə Ermənistan maliyyələşdirir. Şayiələrin nə dərəcədə həqiqət olduğunu demək çətindir. Axı Serj Sarkisyanın başçılıq etdiyi Ermənistanda problemlərin hətta ən yüngül formada müzakirəsi “arzuolunan” deyil”, - deyə V.Ağacanyan yazıb.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *