"Soyqırım" üçün İrəvana hansı prezidentlər gedir?
Ermənistanın paytaxtı İrəvanda aprelin 24-ü qondarma “erməni soyqırımı”nın 100-cü il dönümü ilə bağlı keçiriləcək tədbirə hansı ölkə prezidentlərinin qatılacağı məlum olub.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirə Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland, Kiprin yunan hissəsinin lideri Nikos Anastasiadis və Serbiya prezidenti Tomislav Nikoliç iştirak edəcək.
Bu barədə Ermənistan prezidentinin sözçüsü Viqen Sarkisyan məlumat yayıb. O bildirib ki, digər 60 ölkədən isə prezidentlər deyil, parlamentarilər “soyqırım” tədbirlərinə qatılacaq.
Mənbə:> Azvision.az - Fatimə Kərimli