Administrasiyanın yeni rəhbəri kimdir? – BİOQRAFİYA
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Nuriyevi Prezident Administrasiyasına rəhbər təyin edib.
“Qafqazinfo” yeni Administrasiya rəhbərinin tərcümeyi-halını oxuculara təqdim edir:
Samir Nuriyev 1975-ci ildə Bakıda anadan olub.
O, 1996-cı ildə Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.
2006-cı ildə o, Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.
Prezidentin müvafiq Sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin olunub.
O, 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə gətirilib. İki il sonra isə MİDA-nın İdarə Heyətinin sədri təyin edilib.
Prezidentin 21 aprel 2018-ci il-ci il Sərəncamı ilə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri vəzifəsinə təyinat alıb.
Evlidir, iki uşaq atasıdır.
Mənbə:> Qafqazinfo.Az