Ermənistan XİN Paşinyanı niyə təkzib edir? » AzNews.info -Xəbər portalı

Ermənistan XİN Paşinyanı niyə təkzib edir?

Ermənistan XİN Paşinyanı niyə təkzib edir?


Bu gün Ermənistan Xarici İşlər Nazirliyi avqustun 5-də Azərbaycanın işğal olunmuş ərazilərində çıxış edərkən Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu deyən və “miatsum” (birləşmə) şüarından istifadə edən Baş nazir Nikol Paşinyanın bəyanatını təkzib etməyə cəhd edib.

Məhz bu şüarla erməni millətçilər 1988-ci ilin fevralında qanlı münaqişəyə başlayıblar. Ermənistan XİN-in bəyanatına əsasən isə söhbət mənəvi birləşmədən gedir.

Məgər onlar Ermənistan Silahlı Qüvvələrinin harada yerləşdirildiyini, Azərbaycanın işğal olunmuş torpaqlarında ölən erməni əsgərlərinin harada xidmət etdiyini görmürlər?

Oxu.Az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, Ermənistanda yüksək vəzifəli şəxslərin və dövlət strukturlarının bir-birilərinə zidd fikirlər səsləndirmələri ilk dəfə deyil:

“Belə ki, 2019-cu il martın sonlarında Vyanada yüksək səviyyəli danışıqların nəticəsində Ermənistan Baş nazirinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinə dair bəyanatından sonra fərqli fikir səsləndi. Müdafiə naziri David Tonoyan Nyu-Yorkda “yeni ərazilər uğrunda yeni müharibə”yə dair bəyanat səsləndirdi”.

F.Şəfiyev qeyd edib ki, qondarma “Qarabağ hərəkatı” Azərbaycan torpaqlarının erməni milliyyətçiləri tərəfindən ilhaqı məqsədilə başladılmış kampaniyadır.

O, bununla əlaqədar olaraq 1989-cu il dekabrın 1-də Ermənistan SSRİ Ali Sovetinin ozamankı parlamenti tərəfindən Dağlıq Qarabağın birləşdirilməsinə dair məşhur fərmanını xatırladıb:

“SSRİ-nin süqutundan sonra erməni millətçiləri taktikanı bir qədər dəyişdilər. Bir tərəfin digər tərəfə ərazi iddiasının beynəlxalq ictimaiyyətdə mənfi reaksiyaya səbəb olacağını düşündülər. Buna görə də özlərinin müstəqillik ideyalarına beynəlxalq müşahidəçilərin rəğbətini qazanmaq məqsədilə beynəlxalq arenaya Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə şüarını buraxdılar.

BMT və digər beynəlxalq təşkilatlar isə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdılar. Erməni təbliğatçılarının bütün cəhdləri, o cümədən, qondarma “Dağlıq Qarabağ respublikası”nın “liderləri”nin Avstraliyaya səfəri uğursuzluğa düçar olur. Bu ölkənin Xarici İşlər Nazirliyi yenidən öz bəyanatında Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini ifadə etdi”.

Mərkəz sədri vurğulayıb ki, Ermənistan rəhbərliyi hərbi təcavüzü legitimləşdirmək cəhdlərinin heç bir perspektiv vəd etməyəcəyini, Azərbaycanla sülh əldə olunmasa, sosial-iqtisadi inkişafın mümkünsüzlüyünü anlaya bilmir:

“Regionun gələcəyi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, sülh şəraitində birgə yaşamasından asılıdır. Dağlıq Qarabağda sülh erməni və azərbaycanlı icmaların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində birgə yaşamasına əsasən olmalıdır.

Ermənistan Baş nazirinin və Xarici İşlər Nazirliyinin bəyanatı ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə hörmətsizliyin təzahürüdür və dünya ictimaiyyətində çaşqınlıq yaratmaq üçün edilən növbəti cəhddir”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 4 dekabr 2020 11:13
  • Yazan: smith
En primer lugar, el replique montre reloj original, creo que esta es la primera opción de muchos amigos, orologi replica después de todo, el reloj original todavía tiene su encanto único, pero cuando realmente compras, considerando que el imitaciones de Rolex precio es caro, cuántas personas se desanimarán, incluso si tienen la capacidad de comprar.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *