Azərbaycanlı qulluqçu mərhum Osman Yağmurdərəlinin evini soyub qaçdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Hadisə

Azərbaycanlı qulluqçu mərhum Osman Yağmurdərəlinin evini soyub qaçdı

Azərbaycanlı qulluqçu  mərhum Osman Yağmurdərəlinin evini soyub qaçdı

Azərbaycanlı qulluqçu Türkiyənin tanınmış rejissoru və siyasətçisi, 11 il əvvəl vəfat edən Osman Yağmurdərəlinin evini soyub, onun şəxsi əşyalarını da götürərək Azərbaycana qaçıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, azərbaycanlı qulluqçunu evə hadisədən cəmi 3 gün əvvəl mərhum rejissorun həyat yoldaşı Esin Yağmurdərəli işə götürübmüş. Adı açıqlanmayan qulluqçu ev sahibinə yuxu dərmanı verərək yatırıb, sonra isə evdəki qiymətli zinət əşyalarını, gümüş qab-qacaq dəstlərini və Osman Yağmurdərəliyə məxsus şəxsi əşyaları götürərək aradan çıxıb. Onu axtarmağa çalışan E. Yağmurdərəli qadının Azərbaycana qaçdığını öyrənib.

Azərbaycanlı qulluqçu  mərhum Osman Yağmurdərəlinin evini soyub qaçdı


Azərbaycanlı səlahiyyətli şəxsləri xəbərdar edən E. Yağmurdərəli oğurluq edən qadınla bağlı hüquqi addımlar atılmasını tələb edib: “Tək yaşadığıma və it saxladığıma görə özəl şirkətə müraciət edib qulluqçu istədim. Onlar da bir nəfəri göndərdilər. Cəmi 3 gün evdə qaldı, sonra bu hadisə oldu. Burada ən böyük təqsirkar baxıcı şirkətləridir, adamları işə götürərkən nə araşdırma aparırlar, nə də hər hansı tövsiyə məktubu istəyirlər. Mən həmin o şəxsi Allaha tapşırıram. Mütləq bu dünyada əzasını çəkəcək, görəcəksiniz. Ölkəsi Azərbaycana gedib. Mənim Azərbaycandakı yüksək vəzifəli şəxslərlə əlaqələrim var. Orada lazımi cəzasını alması üçün çalışacağam. Analar, atalar da uşaq baxıcılarına diqqət etsinlər, yaxşı araşdırsınlar”, - deyə E. Yağmurdərəli qeyd edib.

Xatırladaq ki, Osman Yağmurdərəli “Kınalı kar”, “Sizə baba deyə bilərəm?”, “Gizli sevgi” və digər tanınmış film və serialların rejissoru olub. O, 2007-ci ildə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü kimi millət vəkili seçilib. O, 1987-ci ildə Türkiyə prezidenti Turqut Özal və onun xanımının vasitəsilə tanış olduğu Türkiyənin rabitə naziri Veysəl Atasoyun bacısı Esin Yağmurdərəli (Atasoy) ilə evlənib. E. Yağmurdərəli Türkiyədə bank müdiri kimi çalışıb. Osman Yağmurdərəli 2008-ci ildə vəfat edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *