Türkiyədə tanınmış azərbaycanlı iş adamının qatili tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Türkiyədə tanınmış azərbaycanlı iş adamının qatili tutuldu – FOTO

Türkiyədə tanınmış azərbaycanlı iş adamının qatili tutuldu


Azərbaycanlı iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, hadisə İstanbulda - İsmayılovun Floryadakı ofisində baş verib.

G.Dəmirov və E.İsmayılov arasında mübahisə yaşanıb. Nəticədə, Gözəlov İsmayılovun başından iki, ürəyindən isə bir güllə vurub.

Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

2011-ci ildə ailə quran S. Nuriyeva ilə E.İsmayılovun İlyas adlı dörd yaşlı oğulları var.

Gözəl Dəmirov kimdir?

KİV-in məlumatına əsasən, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polkovnikdir.

Türkiyədə tanınmış azərbaycanlı iş adamının qatili tutuldu


Türkiyədə bir neçə şirkətə sahib olan Gözəlovun Azərbaycanda biznesinin olduğu iddia edilir.

Dəmirovun “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

Qeyd olunur ki, Etimad İsmayılovun qətli ilə əlaqədar daha bir nəfər həbs edilib. Türkiyə KİV-də həmin şəxsin fotosu da yayılıb.

Türkiyədə tanınmış azərbaycanlı iş adamının qatili tutuldu

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *