Lukaşenko: İlham Əliyevə bir zəng və bütün problemlər həllini tapır
Mən azərbaycanlıların belaruslara münasibətini bilirəm – daha yaxşısı bizə heç lazım deyil. Onlar bizə qardaş kimi yanaşırlar. Bu müsəlman ölkəsinin xristian dövlətinə olan münasibət nümunəsidir.
Bu sözləri “Sputnik Belarus” agentliyinə müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“İlham Əliyevin mənə və ya mənim ona bir zəngim və bütün məsələlər öz həllini tapır”, - Belarus prezidenti deyib.
Lukaşenko həmçinin Belarusun sanksiyalar altına düşdüyü zaman Azərbaycanın göstərdiyi mövqeyə görə ölkə başçısına təşəkkür edib.
“Aİ və ABŞ-ın sanksiyalar elan etdiyi vaxtda İlham Əliyev susmurdu və bizə dəstək göstərirdi. O Belarus üçün döyüşürdü, hamını inandırırdı ki, siz Belarusu tanımırsız, prezidenti tanımırsız”, - Lukaşenko Azərbaycan-Belarus münasibətlərindən danışarkən deyib.
Belarus lideri müsahibəsində həmçinin vaxtı ilə Heydər Əliyevin şəxsiyyəti barədə leksiya oxuduğunu xatırlayıb.
Mənbə:> Oxu.Az