Soçidə Zirvə görüşü başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Soçidə Zirvə görüşü başladı – YENİLƏNİB

Soçidə Zirvə görüşü başladı


Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə gerçəkləşdirilən Zirvə görüşü başlayıb.

Bununla bağlı məlumatı “Habertürk” yayıb.


Soçidə Suriya ilə bağlı İran, Rusiya və Türkiyə liderlərinin zirvə toplantısı ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirib.

TRT xəbər verir ki, görüşdə tərəflər başlıca olaraq Suriyanın İdlib əyalətindəki vəziyyəti müzakirə edib.

“Ankara Suriyada təhlükəsiz zonaların yaradılması ideyasını dəstəkləyir, çünki belə zonalar bizim təhlükəsizliklə bağlı narahatlıqlarımızın aradan qaldırılmasına xidmət edir. Biz Rusiyanın bu ideyaya pozitivi yanaşmalarından razıyıq. PYD və YPG qüvvələri Mənbicdən və Fərat çayının şərqindən qovulmayınca, Suriyanın ərazi bütövlüyünü təmin etmək mümkün olmayacaq”, - deyə Ərdoğan bildirib.

Vladimir Putin öz növbəsində Türkiyə ilə əməkdaşlığın Suriyadakı münaqişə tərəfləri arasında dialoqa təkan verəcəyinə əmin olduğunu söyləyib.

“Biz aktiv, hərtərəfli iş və konsensus yolu ilə Suriyadakı məqsədlərimizə çata bilərik. Türkiyə ilə birlikdə gördüyümüz işlərin sayəsində Suriyada müəyyən irəliləyişə nail olmuşuq”, - deyə Putin vurğulayıb.

14:58

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında Soçi şəhərində görüş başlayıb.

Bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

Bundan əvvəl isə Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.

14:53

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriya üzrə üçtərəfli sammitdə iştirak etmək üçün Soçiyə gedib.

Bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Türkiyə prezidentini işgüzar səfərdə onun həyat yoldaşı, milli müdafiə naziri, xarici işlər naziri, maliyyə naziri, Milli Təhlükəsizlik Xidmətinin başçısı, prezident administrasiyasının əlaqələr idarəsinin başçısı, Müdafiə Sənayesi Katibliyinin rəhbəri müşayiət edir.

Soçidə Ərdoğan Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani ilə Suriya üzrə üçtərəfli zirvə toplantısında iştirak edəcək.

Sammitdə Suriyada Astana prosesi çərçivəsində davamlı sülhə nail olmaq üçün ölkələrin birgə atacağı addımlar nəzərdən keçiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *