Eldar Mahmudovun qohumu AzTV-dən çıxarılmayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Eldar Mahmudovun qohumu AzTV-dən çıxarılmayıb

Eldar Mahmudovun qohumu AzTV-dən çıxarılmayıb

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bacanağı Nadir Axundovun AztV-dəki vəzifəsindən çıxarılması barədə məlumat doğru deyil.

Bu barədə virtualaz.org-a Dövlət Televiziyasındakı mənbələrdən bildiriblər. Məlumata görə Nadir Axundov hələ də “Mədəniyyət” kanalının müdir müavinidir və işinə davam edir. Xatırladaq ki, Axundovun işdən çıxarıldığı haqda xəbəri “Qafqazinfo” yaymışdı.

* * *12:05

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) yeni təyin olunan sərd əvəzi Rövşən Məmmədov sələfi Arif Alışanovun kadrlarını televiziyadan kənarlaşdırmağa başlayıb. Bu günlərdə AzTV-nin Baş mühəndisi Knyaz Mehdiyevin, kadr və xüsusi işlərin idarə edilməsi departamentinin rəisi Mansur Bayramovun, sədrin texniki məsələlər üzrə müavinləri - Nazim Mürsəlov və Zaur Hüseynzadənin telekaldan uzaqlaşdırıldığı bildirilir.

Televiziyada işini itirənlərdən biri də Mədəniyyət kanalının müdir müavini Nadir Axundovdur (qafqazinfo). AzTV-də vaxtilə əsas söz sahiblərindən olan A. Alışanovun sağ əli Nadir Axundov keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovla bacanaqdır. Məlumata görə, yeni sədr əvəzi Mədəniyyət kanalına sədr müavini vəzifəsinə AZTV-də aparıcı olan Emil Şahzadəni təyin edib.

Eldar Mahmudovun qohumu AzTV-dən çıxarılmayıb


Qeyd edək ki, Nadir Axundov hələ AZTV-də işlədiyi müddətdə bir sıra qalmaqallar və rüşvət ittihamları ilə gündəmə gəlib. İxtisasca fleyta ifaçısı olan N. Axundov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla qohumluq əlaqələrindən istifadə edərək televiziyanı istədiyi kimi idarə edib. AzTV-nin Mədəniyyət Departamentinin rəhbəri olduğu dövrdə - 2013-cü ilə məhrum xalq artisiti İlhamə Quliyeva onun ünvanına sərt ittihamlar səsləndirib, sənətdən xəbərsiz olmaqda ittiham etmişdi: “Nadir Axundov bir əzrayıldı, düşüb dövlət televiziyasının məkanına. O, fleyta çalandı, fleyta çalan haradan biləcək ki, İlhamə Quliyevanın sənəti nədir? Yaxşı olar ki, o, getsin öz fleytasını çalsın. Nadir Axundov dövlət telekanalında mənə və mənim kimi bir neçə sənətkara qadağa qoyub. Ona bu haqqı kim verir? Çıxsın ortaya ki, görək, bu sənətdə Nadirin əməyi çoxdur, yoxsa bizim?”

Mətbuatın yazdığına görə, Mahmudovun nazir olduğu dönəmdə o, AzTV rəhbərliyinin qapısını az qala təpiklə açırmış. Bu ittihamlardan sonra AZTV-dəki işindən kənarlaşdırılsa da, Mədəniyyət kanalına sədr müavini təyin olunub. Lakin burada da Muğam müsabiqəsi zamanı iştirakçılardan rüşvət alması, münsiflər heyətinin üzvlərini idarə etməsi kimi iddialar səsləndilirilib.

Eldar Mahmudovun qohumu AzTV-dən çıxarılmayıb


Mətbuatın yazdığına görə, məhz Nadir Axundov hansı iştirakçını istəyirsə münsiflər də həmin iştirakçıları qalib ediblər. Onun Muğam müsabiqəsinə start verilən və yerlərdə seçim turları keçirilən zaman iştirakçılar arasında ədalətsizliyə yol verdiyi, istedadlı gəncləri kənarda qoyub, rüşvət aldığı şəxsləri seçdirliyi qeyd olunurdu.

Sədr müavini ilə müsabiqədə münsif kimi iştirakdan kənarlaşdırılan xalq artisti Canəli Əkbərov arasında da o zaman qalmaqal yaranmışdı. Xalq artistinə dəstək olan bəzi həmkarları bu qalmaqalda C. Əkbərovu müdafiə ediblər: “Nadir Axundov çox simasız, yaltaq və qeyri-peşəkar musiqiçidir. Onun orta musiqi səviyyəsində ifası çoxlarına bəllidir. Canəli Əkbərov düzgün vurğulayıb, Nadir Axundovun muğama aidiyyatı yoxdur”, - deyə müğənni N. Pişivari bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *