Erkan Özoral: Bu, bütün türk dünyasının qürur günüdür
20 Yanvar tarixi Azərbaycanın müstəqilliyin qazanmasında əsaslı bir dönüş oldu.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın tarixində çox önəmli gündür:
“Bu gün matəm günüdür. 1990-cı ilin bu günü bir çox qardaşlarımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda, bu, Azərbaycanın suverənlik tarixində önəmli gündür. Çünki 20 Yanvar tarixi Azərbaycanın müstəqilliyin qazanmasında əsaslı bir dönüş oldu”.
Səfir qeyd edib ki, 20 Yanvar Milli qürur günüdür:
“Bu qürur yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür. Biz də o gün şəhid verənləri sayğı ilə anırıq”.
Mənbə:> Oxu.Az