Səlahiyyət verildi, məsuliyyəti qəbul etmirlər... - DSMF və Vergilər Nazirliyi vətəndaşı yollara salıb » AzNews.info -Xəbər portalı

Səlahiyyət verildi, məsuliyyəti qəbul etmirlər... - DSMF və Vergilər Nazirliyi vətəndaşı yollara salıb

Səlahiyyət verildi, məsuliyyəti qəbul etmirlər... - DSMF və Vergilər Nazirliyi vətəndaşı yollara salıb


Bildiyiniz kimi, 01.01.2019-cu il tarixindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə hesabatları DSMF-ə deyil Vergilər Nazirliyinə təqdim etmək lazımdır.

AzNews.info xəbər verir ki, proses başlasa da və 4-cü rüb üzrə hesabatın bitməsinə çox az vaxt qalsa da, Vergilər Nazirliyinin əməkdaşları bu prosesə hazır görünmür. Sahibkarlar arasında bir sıra çaşqınlıqlar yaranıb və yerlərdəki Vergilər Nazirliyinin xidmət məntəqələrində sıxlıq müşahidə olunmaqdadır. Bundan əlavə, səlahiyyətlərin ötürülməsi bəzi problemlərlə də müşahidə olunur.

HSE.AZ veb saytının təsisçilərindən Orxan Səfərlinin verdiyi məlumata görə, artıq bir neçə gündür ki, DSMF və Vergilər Nazirliyinin Sumqayıt şəhərində yerləşən departamentlərində onun problemi həll olunmur. Belə ki, sözügedən müəssisənin məcburi dövlət sosial sığorta və işsizlikdən sığortası üzrə 3-cü və 4-cü rub ərzində həyata keçirilmiş ödənişləri DSMF tərəfindən düzgün təsnifat kodu ilə qeydiyyata alınmayıb. Bununla bağlı, Sumqayıt şəhər DSMF-ə müraciət etdikdə, ödənişlərin düzgün təsnifat kodu ilə köçürülmədiyi ittihamı ilə qarşılaşıblar. Daha sonra, bankdan çıxarış əldə edən sahibkarlar, ödənişləri düzgün təsnifat kodu ilə köçürdüklərini sübut etdikdə, DSMF nümayəndələri prosesin artıq onların nəzarətində olmadığını əsas gətirərək Vergilər Nazirliyinə müraciət etmələrini məsləhət görüblər. Vergilər Nazirliyi məsələyə baxılması üçün onlayn qaydada rəsmi müraciətin olunmasını tələb edib. Şirkətin rəhbəri tərəfindən, Vergilər Nazirliyinə məsələni təfsilatı ilə, əks etdirən rəsmi məktub yollanıb. Məktuba cavab olaraq, Vergilər Nazirliyinə səlahiyyətin 01.01.2019 - cu il tarixindən verildiyi və bununla bağlı heç bir köməklik göstərə biməyəcəklərini bildiriblər.

"Cənab Prezidentin ölkədə sahibkarlığın inkişafı və sahibkarlara böyük dəstəyi fonunda, bir sıra proseslər təkmilləşdirilir, 1 pəncərə siyasəti qurulur. Bütün bunlar, sahibkarların dövlət orqanlarında vaxt itirməməsi və işlərinə fokuslanması, ölkə iqtisadiyyatına töhvə verməsi üçün aparılır. Lakin, sahibkarın hesabatı və ödənişləri düzgün etdiyi halda, DSMF kimi dövlət orqanının səhvi ucbatından get-gələ düşməsi, həmçinin yeni səlahiyyətlər verilmiş Vergilər Nazirliyinin sahibkarın problemini həll etmək əvəzinə, hesabatını qəbul etdiyi 4-cü rüb üzrə məsuliyyət daşımadığını bildirməsi anlaşılan bir hal deyil."- deyə Orxan Səfərli bildirib.

Ümid edirik, sahibkarın bu problemi yaxın zamanda öz həllini tapar. DSMF və Vergilər Nazirliyinin də məsələ ilə bağlı fikirlərini yayımlamağa hazırıq.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *