Venesueladan ABŞ-a ağır ittiham
Venesuela Xarici İşlər Nazirliyi növbəti dəfə Vaşinqtonu ölkədə çevriliş etmək cəhdində ittiham edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-ın yaydığı məlumatda deyilir.
Nazirliyin bəyanatında ABŞ-ın çevrilişi Venesuela dövlətinin qanuni və demokratik institutlarını tanımamaq yolu ilə etməyə çalışdığı vurğulanıb.
Qeyd olunub ki, Venesuela xalqının mühasirəsini genişləndirmək üçün ABŞ təsiri altında olan bölgə dövlətlərindən istifadə edir.
Mənbə:> Oxu.Az