Amerika xəfiyyələri onu Sakit okeandakı Şimali Marian adalarında yaxaladı...
Sakit okeanakı Şimali Marian adalarında ABŞ Federal Təhqiqatlar Bürosunun xəfiyyələri tərəfindən Rusiya vətəndaşı yaxalanıb. Virtualaz.org xəbər verir ki, saxlanılan şəxs 72 yaşlı Dmitri Makarenkodur. Onun barəsində ancaq bu məlumdur ki, FTB-nin sorğusu əsasında saxlanılıb, lisenziya əldə etmədən ABŞ-dan Rusiyaya hərbi texnika idxal etmək cəhdində şübhəli bilinir.
Makarenkonu Şimali Marian adaları qrupuna daxil olan Saypan adasının eyni adlı şəhərində tutublar. Digər təfərrüatlar barədə məlumat verilmir. Rusiya vətəndaşının həbsi barədə orderi 2017-ci ilin iyun ayında Floridanın Cənub dairə məhkəməsi çıxarıb. Orderdə qısaca göstərilir ki, Makarenko lisenziya əldə etmədən Rusiyaya hərbi texnika idxalı cəhdində və çirkli pulların yuyulmasında ittiham olunur. Qeyd edilir ki, Makarenkoya 8 cinayət epizodu üzrə ittiham verilib və onu 45 il həbs gözləyir.
Şimali Marian adaları Sakit okeanda yerləşən adalar qrupudur və ABŞ-ın himayəsində olan inzibati ərazi vahididir. Bu adaları 16-cı əsrdə ispan səyyahı Frank Magellan kəf edib. Sonradan ispanlar adalarda yerləşib və yerli sakinləri-çamorro aborigenlərini sıxışdırıb. 19-cu əsrin sonlarında adaları indiki pulla 4.8 milyon dollara Almaniya İspaniyadan alıb. I Dünya müharibəsində isə adaları Yaponiya işğal edib. Nəhayət II Dünya müharibəsində adalar ABŞ-ın əlinə keçib və Şimali Marian adaları Birləşmiş Ştatların himayəsində muxtar inzibati ərazi vahidi statusu alıb. Adanın sakinləri ABŞ vətəndaşlığı daşıyır, amma səsvermə hüquqlarına malik deyil.
Xatırladaq ki, bu günlərdə Moskvada Rusiya xüsusi xidmət orqanları tərəfindən ABŞ vətəndaşı Pol Uilan həbs edilib. O, casusluqda günahlandırılır. Son illər ABŞ xüsusi xidmət orqanları da müxtəlif xarici ölkələrdə rusiyalıların “ovunu” həyata keçirir.
Mənbə:> Virtualaz.org