Leyla Şıxlinskaya klinikası "Referans Qrup"a keçdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Leyla Şıxlinskaya klinikası "Referans Qrup"a keçdi

Leyla Şıxlinskaya klinikası "Referans Qrup"a keçdi


Leyla Şıxlinskaya klinikası öz fəaliyyətini "Referans Qrup" şirkətinin idarəçiliyi altında davam etdirəcək.

Bu barədə virtualaz.org-a klinikadakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, klinikada yeni il bayramı təşkil edilib və orada Leyla Şıxlinskaya və baş həkim Samirə Tağıyeva iştirak ediblər. Bayram mərasimi başa çatdıqdan sonra toplaşanlara klinikanın "Referans Qrup" şirkətinin idarəçiliyi altına keçdiyi haqda məlumat verilib.

* * *20:05

Leyla Şıxlinskaya klinikası "Referans Qrup"a keçdi


Adı qalmaqallarda hallanan Bakının tanınmış Leyla Şıxlinskaya klinikasının satılması ilə bağlı informasiya yayılıb. Virtualaz.org-da olan məlumata əsasən, artıq klinikanın sahibi, xalq artisti Leyla Şıxlinskaya öz postunu yeni rəhbərliyə təhvil verib. Klinikaya yeni direktorun təyin olunduğu bildirilir.

Xəstəxanadan satılma ilə bağlı xəbəri təsdiq etsələr də, klinikanın kimə satılması barədə heç bir məlumat vermədilər: “Hazırda xəstəxanada rəhbərlik dəyişikliyi gedir, gələn həftə dəyişikliklə bağlı məlumat verə bilərik. Ancaq onu deyə bilərik ki, klinika əvvəlki kimi fəaliyyət göstərəcək, öz mövqeyini əvvəlki qaydada davam etdirəcək. Klinikanın adı olduğu kimi qalacaq”.

Klinikadan hələ rəsmi olaraq baş həkim təyin olunmadığı bildirilib.

Qeyd edək ki, Leyla Şıxlinskaya Klinikası 1999-cu ilin avqust ayında fəaliyyətə başlayıb. Xəstəxanaya aktrisa, xalq artisti Leyla Şıxlinskaya başçılıq edib. Klinikanın adı ötən il məhkəmə çəkişmələri və vergidən külli miqdarda yayınma ilə də yadda qalıb. Belə ki, L.Şıxlinskaya klinikanın baş mühasibi işləmiş Şəhla Abbasovanı 1 milyon vəsaiti mənimsəmək iddiası ilə işdən çıxarıb. Məhkəmə ekspertizası isə dəyən ziyanın 56 min manat olduğunu üzə çıxarıb. L.Şıxlinskaya isə həmin məbləğlə razılaşmayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *