Qənirə Cabbarovanı taksidən düşürdü, 55 bıçaq zərbəsi ilə öldürdü... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hadisə

Qənirə Cabbarovanı taksidən düşürdü, 55 bıçaq zərbəsi ilə öldürdü...

Qənirə Cabbarovanı taksidən düşürdü, 55 bıçaq zərbəsi ilə öldürdü...

Türkiyədə daha bir azərbaycanlı qadın vəhşicəsinə qətlə yetirilib. Bu ölkə KİV-lərinin az əvvəl yaydıqları xəbərlərə görə Azərbaycan vətəndaşı Qənirə Cabbarova sevgilisi tərəfindən vəhşicəsinə bıçaqlanaraq öldürülüb.

Virtualaz.org xəbər verir ki, hadisə Tefenni-Çavdar kara yolu, Beyköy yol ayrıcında baş verib.

Mənbə yazır ki, 24 yaşlı Qənirə Cabbarova sevgilisi Halil A. adlı şəxslə (24 yaş) birlikdə ötən gecə Gölhisar qəsəbəsində yerləşən mənzillərinə dönərkən aralarında mübahisə yaranıb. Onların mübahisəsi davaya çevrilib, nəticədə Halil A. Qənirə Cabbarovanı avtomobildən endirərək ona 55 bıçaq zərbəsi vurub.

Qənirə Cabbarovanı taksidən düşürdü, 55 bıçaq zərbəsi ilə öldürdü...


Hadisəyə şahid olan Ali T. adlı taksi sürücüsü təcili yardım çağırsa da, Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb. Qadının meyiti müayinə üçün Antalya Xəstəxanasına gətirilib. Hadiyə yerinə jandarmalar cəlb edilib.

Qətli törətməkdə şübhəli bilinən Halil A. saxlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, azərbaycanlı qadınlar tez-tez Türkiyədə kriminal hadisələrdə rol alırlar, fahişəliklə məşğul olmaq üçün bu ölkəyə gedən qadınlar gah “sevgilililəri” tərəfindən öldürülür, gah da jandarma və polis reydləri zamanı saxlanılaraq deportasiya edilir. Türkiyədə qadınlara qarşı zorakılıqların geniş yayıldığı ölkələrdən biridir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *