31 iclas, 463 qanun – YEKUN
Artıq dünəndən tətilə çıxmış Milli Məclisin (MM) 2018-ci ilin yaz (növbədənkənar) və payız sessiyalarında keçirilən iclaslarının və burada müzakirə olunan qanunvericilik aktlarının yekun sayı məlum olub.
Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, 2018-ci ilin yaz və payız sessiyalarında bütövlükdə 31 iclas keçirilib, 463 qanun qəbul edilib.
Həmçinin, 2018-ci il MM-in beynəlxalq əlaqələrinin intensivliyi baxımından məhsuldar olub.
Belə ki, parlamentin nümayəndə il ərzində 45 ölkəyə 135-dən çox səfər həyata keçirilib.
Deputatlar Türkiyədə keçirilən prezident və parlament seçkilərində, Rusiyada, Gürcüstanda və Monteneqroda prezident, Latviyada keçirilən parlament seçkilərində müşahidəçi kimi fəal iştirak ediblər.
Həmçinin, bu il 85 xarici dövlətin və 27 beynəlxalq təşkilatın 160-dan çox nümayəndə heyəti, ümumiyyətlə, 2050 deputat və əcnəbi vətəndaş MM-də olub.
Beynəlxalq təşkilatların xətti ilə isə 9 tədbir keçirilib.
Mənbə:> Oxu.Az