Rusiyalı iqtisadçı: Azərbaycanın əsas özəlliyi sabitlik və əminamanlıqdır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Rusiyalı iqtisadçı: Azərbaycanın əsas özəlliyi sabitlik və əminamanlıqdır

Rusiyalı iqtisadçı: Azərbaycanın əsas özəlliyi sabitlik və əminamanlıqdır


Azərbaycan mənə yaxındır və sizin ölkədə baş verənləri yaxından izləyirəm. Geridə qoymaqda olduğumuz il Azərbaycan onunla yadda qaldı ki, bu ölkədə hər hansı kardinal dəyişiklik və kataklizmlər baş vermədi. Azərbaycanda vəziyyət sabitdir, mütərəqqidir, nikbindir.

AzNews.info xəbər verir ki, bu haqda rusiyalı tanınmış publisist, iqtisadi elmlər doktoru, professor Nikita Kriçevski “Media.Az”a verdiyi müsahibədə bildirib.

“Digər Birlik ölkələrində müxtəlif ciddi təlatümlər və narahatlıqlar baş verdi. Azərbaycanda isə hər şey sakit keçdi. İnsanlar yaşayır, işləyir, onlara toxuna biləcək hər hansı qlobal problemlərin dərdini çəkmirlər”, - deyə saytın müsahibi bildirib.

N.Kriçevskinin sözlərinə görə, qeyd olunası əsas özəllik – sabitlik və əminamanlıqdır:

“Yerdə qalan hər şey –Formula-1 Qran-Prisi, müxtəlif sferalarda əldə olunan uğurlar – ikinci dərəcəlidir. İnsanlar hər zaman ilk növbədə ailə, uşaqlar barədə düşünür, sabah nələrin baş verəcəyi, manatın məzənnəsinin qalxacağı, yoxsa düşəcəyini yox”.

Proqnozlara gəlincə, ekspertin sözlərinə görə, neft gəlirlərinin hansı şəkildə xərclənəcəyi sualı, neftin 1 barelinin hansı qiymətə satılacağı sualından daha önəmlidir.

“Neft rentası – göydən düşüb. Onu millətin maraqları çərçivəsində xərcləmək lazımdır. Ona görə, bir daha qeyd edirəm, neftin gətirdiyi dollarların nə dərəcədə effektiv xərclənəcəyi və ya (büdcəyə) yığılacağı məsələsi daha önəmlidir”, - deyə iqtisadçı vurğulayıb.

“Əlbəttə ki, kataklizmləri öncədən görmək və proqnozlaşdırmaq olmur. Bir sıra analitik və ekspertlər hər il gözlənilən növbəti təlatümlərdən dəm vururlar. Ancaq mən ölçüb-biçilmiş münasibətin tərəfdarıyam. Azərbaycana gəlincə, sizdə Rusiya ilə yaxınlaşma prioritetinin olduğunu bilirəm, bununla belə, Bakı dövlətlərarası münasibətlərin inkişafının alternativ variantlarını da yaddan çıxarmayacaq.

Bu gün dünya sürətli şəkildə şaxələnir və qloballaşır. Yeni imkanlar düşən kimi ondan yararlanmaq lazımdır. Habelə prioritetlər arasında birinci yerdə insanın rifahı dayanmalıdır. Və mənə elə gəlir, Azərbaycan bu cür ölçüb-biçilmiş və düzgün siyasət yürüdür.”, - deyə Kriçevski vurğulayıb.

Mənbə: Media.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *