Milyarder Mahmudov Fransadakı mülklərini qorumaq üçün kimə rüşvət verib... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Milyarder Mahmudov Fransadakı mülklərini qorumaq üçün kimə rüşvət verib...

Milyarder Mahmudov Fransadakı mülklərini qorumaq üçün kimə rüşvət verib...

Fransada prezident Emmanuel Makronun “İrəli, respublika!” partiyasının təhlükəsizlik xidmətinin keçmiş şefi Vensen Kraz Kremlə yaxın rusiyalı milyarder İsgəndər Mahmudovdan yüz minlərlə avro alıb. Virtualaz.org xəbər verir ki, bu məlumat “Mediapart” adlı fransız internet-nəşrində dərc edilmiş araşdırmada yer alır.

Jurnalistlər müəyyən ediblər ki, Vensen Kraz İsgəndər Mahmudovun və onun yaxınlarının Fransadakı daşınmaz əmlaklarını qorumağa razılaşıb. Bu əmlaklar Monako, Lüksemburq və Kiprdə qeydiyyatdan keçmiş offşor şirkətlərin adına alınıb.

Razılaşmaya əsasən bu xidmətin əvəzində rusiyalı oliqarx-milyarder 300 min avroya yaxın pulu “Mars” firmasının hesabına köçürüb. Həmin firma Emmanuel Makronun 2017-ci il prezident seçkilərində qələbəsindən dərhal sonra yaradılıb. Kraz firmanın yeganə səhmdarıdır.

Milyarder Mahmudov Fransadakı mülklərini qorumaq üçün kimə rüşvət verib...


Vensen Kraz 2018-ci ilin yayında vəzifəsindən azad edilib və həbs olunub. Buna səbəb “Le Monde” qəzetinin dərc etdiyi və videomüşahidə kameralarından götürülmüş kadrlar idi. Həmin kadrlara əsasən Kraz Makronun təhlükəsizlik müşaviri Aleksandr Bennalla birlikdə 1 may mitinqinin iştirakçılarını döyür.

İsgəndər Mahmudov isə özbək əsilli rusiyalı milyarderdir, “Forbes”in siyahısına əsasən Rusiyanın ən zəngin adamlarından biridir və 7.3 milyard dollarlıq sərvətə malikdir. O, Ural dağ-mədən kombinatının sahibidir. Biznesmenin Avropadakı “rus mafiyası” ilə əlaqələrinin olduğu barədə iddialar var.

Milyarder Mahmudov Fransadakı mülklərini qorumaq üçün kimə rüşvət verib...


Belə ki, Mahmudovun adı İspaniyada “rus mafiyası”ına qarşı təhqiqatlarda bəzi digər rusiyalı oliqarxlarla və yüksək vəzifəli məmurlarla yanaşı çəkilirdi.

Altı il əvvəl isə Mahmudov kriminal dairərlələ əlaqəli olan biznesmen Mixail Çernıya 200 milyon dollar ödəmişdi. Analoji məbləği ona aliminium kralı Oleq Deripaska da ödəyib, biznesmen pulun mafiya tərəfindən “krışa” ilə təmin edilməsinin əvəzində ödənildiyini bildirib. Daha sonra Mixail Çernıy London məhkəməsinə müraciət edərək keçmiş “biznes partnyorları” Deripaska və Mahmudovdan təzminat tələb etmişdi. Deripaska və Mahmudov isə barışıq müqaviləsi bağlayaraq onların Çernıyla əlaqələrinin məhkəmədə açıqlanmamasının, beləliklə də imiclərinə zərbə dəyməsinin qarşısını almışdılar.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *