Eldar Mahmudov istintaqa yenidən ifadə verib » AzNews.info -Xəbər portalı


Eldar Mahmudov istintaqa yenidən ifadə verib

Eldar Mahmudov istintaqa yenidən ifadə verib


Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov bu gün yenidən istintaqa çağırılıb.

AzNews.info Azpolitika.info-ya istinadən xəbər verir ki, Mahmudov əvvəlki günlərdən fərqli olaraq bir neçə saatlıq dindirmədən sonra buraxılmayıb, o, səhər saat 9-dan etibarən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilir.

Sayt bildirir ki, Eldar Mahmudovu idarədən günorta cəmi 1 saatlıq nahara buraxıblar. Günün ikinci yarısında onun idarədə MTN-in keçmiş idarə rəisi Akif Çovdarovla üzləşdiriləcəyi gözlənilirdi.

Məlumata görə Eldar Mahmudov oğlu Anar Mahmudovun biznesi və ölkədən xaricdəki hesablara 1 milyard dollar çıxarması ilə bağlı dindirilir. Lakin bu, Mahmudovun işində epizodlardan biridir. O, keçmiş köməkçisi və yaxın qohumu, hazırda həbsdə olan Vüqar Mahmudovun işi üzrə də dindirilir.

Qeyd olunur ki, E.Mahmudov artıq keçmiş köməkçisi ilə üzləşdirilib.

Xatırladaq ki, son günlər Eldar Mahmudovun dindirilməsi intensivləşib. O, dünən də istintaqa çağırılmışdı və axşam saat 21.00-ə qədər dindirilib. Mənbələr bildirirlər ki, bu gün Mahmudova istintaqda verilən suallar daha mürəkkəb olduğundan o, olduqca gərgin imiş. Dindirmənin intensivləşməsi Mahmudovun yaxın günlərdə əllərinin qandallanacağını təxmin etməyə əsas verir.

Eldar Mahmudov istintaqa yenidən ifadə verib

Mənbə: Azpolitika.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 dekabr 2017 06:39
  • Yazan: Зочин
Pandora Bracelets and a number of other natural supplies, We're incredibly excited to offer you a huge selection of for sale.
Cheap Pandora Bracelets
Cheap Pandora Sale
Buy pandora charm

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *