Putinin müşaviri Azərbaycanı Rusiya ilə alverdə dollardan imtina etməyə çağırdı » AzNews.info -Xəbər portalı

Putinin müşaviri Azərbaycanı Rusiya ilə alverdə dollardan imtina etməyə çağırdı

Putinin müşaviri Azərbaycanı Rusiya ilə alverdə dollardan imtina etməyə çağırdı

Rusiya prezidentinin müşaviri Sergey Qlazev Azərbaycanı Rusiya ilə ticarətdə dollardan imtina etməyə çağırıb. Qlazev haqqin.az saytının əməkdaşına bildirib ki, Amerika valyutası dünya üçün çox təhlükəli olub və Vaşinqton ondan xoşu gəlməyən ölkələrə qarşı silah kimi istifadə edir.

“Çoxları hesab edir ki, ABŞ-ın öz valyutasının xüsusi statusuna görə “hədsiz üstünlükləri” var. Bu da ona gətirib çıxarıb ki, Vaşinqton öz geosiyasi rəqiblərinə qarşı dolların güclü tərəflərini tətbiq edir”-Qlazev deyib.

Vladimir Putinin müşavirinin fikrincə bu gün dollar Rusiya ilə Azərbaycan , o cümlədən digər MDB ölkələri arasında qarşılıqlı alış-verişdə tamamilə qeyri-məqbul valyutadır və ondan imtina etmək lazımdır.

“Dollar təhlükəli valyutaya çevrilib. Bizim partnyorlarımızla münasibətlərdə dollardan istənilən istifadə siyasi risklər yaradır”-
S.Qlazev deyib.

Bununla belə akademik Qlazev hesab edir ki, dollardan mərhələli şəkildə imtina 10-15 il çəkə bilər. Həmin vaxta qədər isə ABŞ öz hədəflərinə çatmaq üçün dollardan maksimum istifadə etməyə çalışacaq.

“Dollar hamı üçün hələ uzun müddət problem olaraq qalacaq. Artıq dollar oyununun və Amerikanın başqa dövlətlərin hesabına varlanmasının sonu görünür. Lakin hələlik ABŞ dollardan silah kimi istifadə etməkdə davam edəcək”-Rusiya prezidentinin müşaviri bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *