Arif Əsgərovun baldızı oğlu həbs olunaraq təcridxanaya göndərildi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

Arif Əsgərovun baldızı oğlu həbs olunaraq təcridxanaya göndərildi

Arif Əsgərovun baldızı oğlu həbs olunaraq təcridxanaya göndərildi

“Azərbaycan Dəmiryolları” ASC-nin keçmiş rəhbəri və nəqliyyat nazirinin (Ziya Məmmədov erası) keçmiş müavini olmuş Arif Əsgərovun milyonlarla dollarlıq dələduzluq əməlinə görə istintaqa cəlb edilmiş baldızı oğlu bu gün həbs edilib.

Virtualaz.org xəbər verir ki, bir həftədən artıqdır yoxa çıxan Rahib Hüseynovun barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilib. Belə ki, məhkəməyə könüllü gələn R.Hüseynov barəsindəki ev dustaqlığı qətimkan tədbiri dəyşdirilib və o, həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına etap olunub. Məhkəmənin növbəti iclası işin icraatı təzələndikdən sonra müəyyən olunacaq.

Aldığımız məlumata görə, R.Hüseynov barəsində vəkilin iştirakı ilə protokol tərtib olunub və o, ədliyyə nazirliyinin əməkdaşlarına təhvil verilib.

Xatırladaq ki, Rahib Hüseynov 4 milyon 300 min manat məbləğində dələduzluqda ittiham olunur. Bu iş üzrə onun qardaşı artıq 9 il həbs cəzası alıb.

Arif Əsgərovun baldızı oğlu həbs olunaraq təcridxanaya göndərildi


İttihama əsasən o, zərərçəkənləri Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirib dəyərindən dəfələrlə baha qiymətə satmaq, nəticədə yaxşı pul qazanmaq adı ilə aldadıb. Zərərçəkənlərdən biri Tovuzun sabiq icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovdur. Cinayət işində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun adı isə şahid qismində keçir. Təqsirləndirilən şəxslər deyirlər ki, əslində bu dələduzluq sxemini Arif Əsgərovun oğlu qurub, amma sonda təqsiri onların üzərinə atmağa nail olub, özü isə şahid statusunda yaxasını kənara çəkə bilib.

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş R.Hüseynov da ittihamları qəbul etmirdi. Noyabrın 22-də keçirilən sonuncu məhkəmə iclasında o, iştirak etməyib. Buna görə də məhkəmə Hüseynovun barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *