“Kontrabanda Emin”ə 25 min, restoranda “obedə” 500 $... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

“Kontrabanda Emin”ə 25 min, restoranda “obedə” 500 $...

“Kontrabanda Emin”ə 25 min, restoranda “obedə” 500 $...

“Azərbaycan Dəmir Yolları” ASC-nin keçmiş rəhbəri və nəqliyyat nazirinin (Ziya Məmmədov) keçmiş müavini Arif Əsgərovun oğlunun da adı keçən on milyonlarla dollarlıq dələduzluq işi ilə bağlı yeni faktlar ortaya çıxıb. Virtualaz.org xəbər verir ki, 2014-cü ildə ilk dəfə mətbuata sızan bu dələduzluq qalmaqalı son günlər yenidən qızışıb. Bunun da səbəbi Arif Əsgərovun baldızının oğlu, həmin dələduzluq işində təqsirləndirilən şəxs statusunda olan Rahib Hüseynovun “yoxa çıxmasıdır”.

R.Hüseynovun qardaşı artıq bu iş üzrə 9 il həbs cəzası alıb. Onun özü isə məhkəmə istintaqı dövründə ev dustaqlığında idi. Lakin bir neçə gün əvvəl məhkəmə onun həbsi barədə qərar çıxarmağa hazırlaşanda R.Hüseynov “yoxa çıxıb”. Valideyinləri Arif Əsgərovun villasının qarşısına gedərək oğlanlarının yerini soruşublar. Onlar hesab edir ki, R.Hüseynovun yoxa çıxmasında Arif Əsgərovun və oğlu Elnar Əsgərovun əli ola bilər. Lakin qapını açan olmayıb, üstəlik E.Hüseynov xalasının barəsində polisə şikayət edib və qadının onları narahat etdiyini bildirir.

“Kontrabanda Emin”ə 25 min, restoranda “obedə” 500 $...


Bundan sonra Arif Əsgərovun baldızı Lətifə Hüseynova və əri İsmayıl Hüseynov “Yeni Müsavat” qəzetinə keçmiş nazir müavini-oliqarxın ailəsində baş verənlər, habelə onun oğlunun qara muhasibatlıq dəftərini, səs yazılarını və s. təqdim ediblər. Onlar deyirlər ki, zərərçəkənlərdən “Azərbaycan Dəmir Yolları” ASC-yə dəyərindən dəfələrlə baha döşəkağı, dəsmal və s. sataraq yaxşı qazanc əldə etmək adı altında on milyonlarla manat pulu alan əslində Elnar Əsgərovdur. Rahib və qardaşı isə bu dələduzluq sxemində sadəcə olaraq Elnarın tapşırıqlarını yerinə yetiriblər, onun qara muhasibatlıq işlərini aparıblar, kimə nə verdiyini, pulları hara xərclədiyini dəftərə yazıblar.

L.Hüseynova deyib ki, zərərçəkənlər hüquq-mühafizə orqanlarına şikayət edəndən sonra Arif Əsgərov onlara cəmi 23 milyon manat ödəyib. Qadın həmin pulları Arif Əsgərovun evindən daşıyıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardığını, orada müstəntiqin pulları zərərçəkənlərə protokol tərtib etməklə payladığını təfsilatı ilə danışıb. L.Hüseynova deyir ki, Arif Əsgərovun bu qədər pulu zərərçəkənlərə ödəməsi dələduzluq sxeminin onun oğlu tərəfindən qurulmasının nəticəsi idi. Belə ki, Rahib Hüseynov qara muhasibatlıq kitabını anasına verəndə həmin pulları Elnar Əsgərovun tapşırığı ilə aldığını deyib.

“Kontrabanda Emin”ə 25 min, restoranda “obedə” 500 $...


2015-ci ildə qalmaqal böyüməyə başlayanda Rahib Hüseynov və ailəsi xalasının məsləhəti ilə Türkiyəyə gedib. Bir neçə ay orada qalıblar. Daha sonra Elnar Əsgərov xalası oğluna Gürcüstan üzərindən Qazax rayonuna keçməyi tapşırıb. Deyib ki, atası onu orada-rayonun icra hakimiyyəti başçısı olan əmisi Ayaz Əsgərovun yanında gözləyir.

“ Dedi ki, atam əmimin yanındadır, gəl ora, mənim sözlərimin çoxuna atam inanmır. Sən deyəndə, lap təsdiqlənəcək. Sən gəl ”Krasnı most”dan bəri keçən kimi atamla görüş və geri qayıt”-qadın danışır.

Amma R.Hüseynov Azərbaycanda keçəndə saxlanılıb və 11 ay həbsdə qalıb. O həbs ediləndən sonra Arif Əsgərov zərərçəkənlərə 4-5 ay ərzində 21 milyon manat ödəyib. Pullar hər dəfə 2-3 milyon manat olmaqla Rahibin valideyinlərinin vasitəsilə göndərilib. Onların dediyinə görə Arif Əsgərov və oğlu zərərçəkənlərə pulları ona görə özləri çatdırmırdı ki, bu işdə adlarının keçməsini istəmirdilər. Yəni Elnar Əsgərov istintaqda ancaq şahid statusunda idi. Zərərçəkənlərə pulların ödənilməsinə Rahib Hüseynovun valideyinləri də kömək edib. Dediklərinə görə nələri vardısa satıb pullarını ortaya qoyublar. Çünki Arif Əsgərov belə demişdi.

“Kontrabanda Emin”ə 25 min, restoranda “obedə” 500 $...


Arif Əsgərovun qohumları rayonda fermer təsərrüfatı ilə məşğul olublar və onların zərərçəkənlərə ödəmək üçün 21 milyon manat toplaması mümkün deyildi. Bu pullar əlbətdə ki, korrupsioner oliqarxın xəzinəsindən ödənilirdi.

Qadının danışdıqlarından sitat: “Hər dəfə Arif müəllim 2 milyon, 3 milyon verirdi, biz də aparıb verirdik. Onlar da protokol verirdilər. Pulu biz aparıb verirdik deyə, protokolları da bizim adımıza yazıb verirdilər. Biz həmin vaxt başa düşmədik ki, həmin protokolları adımıza nahaq yazdırmışıq. Bu gün Elnar deyir ki, xalamla, xalamın yoldaşı pulları aparıb orada ödəniş etdilər. Guya pullar bizim olub. Bunu quraşdırıb danışır. Mən pulu verdikcə, müstəntiq ziyançəkəni çağırıb pulu təhvil verirdi, protokollaşdırıb bizə verirdi. Biz də həmin protokolları aparıb Arif (Əsgərov) müəllimə verirdik. Arif müəllim o pulları ona görə verirdi ki, camaat onun üstünə gəlirdi, oğlunun yığdığı borclar idi”.

“Kontrabanda Emin”ə 25 min, restoranda “obedə” 500 $...
“Kontrabanda Emin”ə 25 min, restoranda “obedə” 500 $...


Lətifə Hüseynova deyir ki, Arif Əsgərovun oğlunun borc aldığı pulları zərərçəkənlərdən birinə şəxsən özü qaytarıb: “Adil Zeynalovun anası (mərhum deputat Zakir Zeynalovun həyat yoldaşı-red.) mətbuata çıxandan sonra pullar verilməyə başladı. Onun pullarını əlbəəl verdilər. Zakir müəllimin oğlunun pulları verildi. Qorxuya düşüb pulları verdilər”.

Xatırladaq ki, 2014-cü ildə mərhum Zakir Zeynalovun ailə üzvləri virtualaz.org-a müraciətlərində Arif Əsgərovun oğlunun və qohumlarının onları aldadaraq pullarını aldığını və geri qaytarmadığını açıqlamışdılar. Həmin dələduzluq qalmaqalı da o vaxtdan qızışmağa başladı.

Qeyd edək ki, Arif Əsgərovun oğlu hələ Böyük Britaniya universitetlərindən birində oxuyarkən dələduzluq qalmaqalı ilə ad çıxara bilmişdi. O, imtahana öz yerinə hansısa ərəb tələbəni keçirmişdi və bu işin üstü açılanda Elnar Əsgərovla həmin ərəbi tutmuşdular. Bu qalmaqal Britaniya mətbuatına çıxmışdı və qəzetlər azərbayanlı oliqarxın oğlunun dələduzluğa görə instititutdan qovulduğunu yazmışdı.

L.Hüseynova bu epizod haqda da danışır. Deyir ki, o vaxt Elnar institutdan qovulanda atasına bu haqda xəbər verməmişdilər: “ Elnar İngiltərədə institutdan ona görə qovulmuşdu ki, yerinə bir ərəbi imtahana salmışdı. Ərəbi tutmuşdular. Elnarı da tutmuşdular. Orada onu da, ərəbi də zaminə götürdülər, bura gətirdilər. “Meşok”la pul apardılar verdilər, qurtardılar. Mən ailənin içində idim, hər şeyi gördüm”.

Arif Əsgərovun qohumunun açıqladığı qara muhasibatlıq kitabında Elnar və xalası oğlanlarının kimə nə qədər alıb-verdiyi, gündəlik xərcləri və s. əks olunur. Kitab kobud qrammatik səhvlərlə doludur. Orada “kontrabanda Eminə” 25 min AZN-in verilməsindən tutmuş “Orman” restoranında 500 dollarlıq günorta yeməyinə qədər ən müxtəlif xərclər, habelə alınan pullara görə ödənilən faizlər əksini tapıb…

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *