Nazarbayev: "15 yaşına qədər qarın dolusu çörək yeməmişəm, geyməyə paltar da tapmırdım..." » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Sosial

Nazarbayev: "15 yaşına qədər qarın dolusu çörək yeməmişəm, geyməyə paltar da tapmırdım..."

Nazarbayev: "15 yaşına qədər qarın dolusu çörək yeməmişəm, geyməyə paltar da tapmırdım..."

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hesab edir ki, həyatın çətinlikləri ona müsbət təsir göstərib. Virtualaz.org Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə o, bu gün Astanada keçirilən Vətəndaş forumunda deyib.

Dövlət başçısının sözlərinə görə, o, həyatın bütün çətinliklərindən keçib. “Mən kənd uşağıyam və müharibədən sonra tam yoxsulluq şəraitində yaşamışam. Geyməyə heç nə tapılmırdı, 15 yaşıma qədər yadıma gəlmir ki, doyunca çörək yeyim. Lakin ola bilsin ki, elə buna görə belə sağlam olmuşam”, - o qeyd edib.

Nazarbayev söyləyib ki, texniki-peşə məktəbində qazandığı poladəridən ixtisası ona çox kömək olub. O, ağır şəraitdə domna sobasında çalışıb. “Metalın temperaturu 1500 dərəcə, arxada mənfi 40 dərəcə, qarşımda müsbət 1000”.

Qazaxıstan lideri gənclərə tövsiyə edib ki, əməyə hazır olsunlar və ədalətsizliklə mübarizə aparmağı öyrənsinlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *