Xarici işlər naziri: “Yəqin ki, indi mən də sizin qarşınızda çılpaq oturardım…”
Qazaxıstan xarici işlər naziri Kayrat Abrahmanov başçılıq etdiyi nazirliyin bütün əməkdaşlarının yerli istehsal olan paltar geyindirmək arzusunda olduğunu deyib. Virtualaz.org qazax KİV-lərinə istinadən xəbər verir ki, nazir bu haqda biznesin və investisiyaların müdafiəsi üzrə dialoq platformasında ("Protecting Business and Investments") danışıb.
Kayrat Abrahmanov prezident Nursultan Nazarbayevin dediklərini yada salıb. Nazarbayev deyib ki, əgər məmurlardan idxal geyimləri soyundursalar onlar tamamilə lüt qalarlar.
“Elbası bizi utandırdı. Mən də yəqin ki, indi sizin qarşınızda lüt oturardım. “Made in Kazakhstan” brendi daşıyan və bizim fəxr edə biləcəyimiz nəsə yoxdur. Hərçənd on il qabaq mən Aşqabada olanda özümə “Made in Turkmenistan” brendli mayka almışdım. Az qala on il geyindim. Onlar “Made in Turkmenistan” idi, amma H&M, “Nike” leybli daşıyırdı”-nazir deyib.
Abrahmanov qeyd edib ki, yanvarın 1-dən Qazaxıstan diplomatları yerli istehsal olan paltar və ayaqqabı geyinməyə başlayacaqlar.
“Yanvarın 1-dən biz yenidən geyim dəstləri-kostyum, ayaqqabı, köynək alacağıq. Mən istəyirəm ki, əməkdaşlarım Astanaya gedib özlərinə “Made in Kazakhstan” brendli geyim, ayaqqabı alsınlar. Ona görə də əgər bu görüşdə bizə 200 kişi, 200 qadın kostyumu, 400 köynək, 500 qalstuk təqdim edə biləcək kimsə varsa buyursun”-nazir biznesmenlərə müraciət edib.
Biznesmenlər arasında dərhal XİN əməkdaşlarını geyindirməyə hazır olanı tapılıb. “Aziza” adlı tikiş fabrikinin sahibi deyib ki, nazirliyin əməkdaşlarını ayaqqabıdan tutmuş köynəyə qədər geyindirməyə hazırdır.
XİN rəhbəri qeyd edib ki, gərək Qazaxıstanda istehsal olunan geyim xarici analoqlarından baha olmasın, üstəlik keyfiyyətli olsun.
“Xaricə gedəndə ezamiyyət pulundan bir az qənaət edib nəsə almağa çalışırıq, ona görə də gərək sağlam rəqabət olsun. Biz “Made in Kazakhstan” brendinin tanıdılması üçün əlimizdən gələni edəcəyik. Özbəkistanla qarşıya vəzifə qoyulmuşdu ki, ticarəti 1 milyard təngəyə çatdıraq, indi artıq 2 milyarddır. Sonra beş olacaq. Azərbaycanla 500 milyon təngəyə çatdırmaq vəzifəsi qoyulub, fikrimcə 1 milyard olacaq. Belə alınmayacaq ki, onlar öz məhsullarını bizə daşıyıb doldursunlar?”-nazir sual edib.
Mənbə:> Virtualaz.org