“Made in Azerbaijan” brendi “Alibaba.com”da güclənib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Made in Azerbaijan” brendi “Alibaba.com”da güclənib – FOTO

“Made in Azerbaijan” brendi “Alibaba.com”da güclənib


“Azexport.az” portalı fəaliyyətə başlayandan sonra Azərbaycan məhsullarının beynəlxalq platformalarda, o cümlədən “Alibaba.com”da təmsil olunma səviyyəsi 50 dəfə artıb.

Bu barədə Oxu.Az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Qurumun açıqlamasına görə, portalın statistik rəqəmlərə əsaslanaraq hazırladığı infoqrammadan göründüyü kimi, ötən ilin son aylarında qonşu ölkələrlə müqayisədə beynəlxalq portallarda Azərbaycan məhsullarının təmsil olunması ilə bağlı vəziyyət sürətlə yaxşılaşır:

“Çünki “Azexport.az” portalı yüzlərlə “Made in Azerbaijan” brendini qlobal və regional səviyyəli elektron ticarət portallarında sərgiləyir.

“Azexport.az”dan verilən məlumata görə, portalın hədəflərindən biri qısa müddətdə MDB məkanında “Made in Azerbaijan” brendinin qlobal “vitrində” ilk yerlərdə möhkəmlənməsini təmin etməkdən ibarətdir”.

“Made in Azerbaijan” brendi “Alibaba.com”da güclənib

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *