Jurnalist Əfqan Sadıqov həbs olundu
Jurnalist Əfqan Sadıqov Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 günlük həbs edilib.
“Turan” bildirir ki, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmama) maddəsi ilə təqsirli bilinib.
Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova vəkil Cavad Cavadova istinadla məlumat verib.
O, qeyd edib ki, həyat yoldaşı qanun pozuntusuna yol verməyib, yalnız şəhid ailələrinin Prezident Administrasiyası qarşısındakı etiraz aksiyasını müşahidə edib.
Mənbə:> Virtualaz.org