Zabratda zeytun bağını zəbt edib hasarladılar » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Hadisə

Zabratda zeytun bağını zəbt edib hasarladılar – YENİLƏNİB

Zabratda zeytun bağını zəbt edib hasarladılar

Zabrat qəsəbəsində zəbt edilən və hasarlanan zeytunluqla bağlı Sabunçu rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri yerində araşdırma aparıb, amma hasarın tezliklə söküləcəyinə dair deyilənlər hələlik yerinə yetirilməyib, bu barədə qərarın verilməsi təxirə salınıb. Rayon icra hakimiyyəti başçısının köməkçisi Müslüm Mahmudov bu dəfə virtualaz.org-a deyib ki, həmin əraziyə bitişik sahədə uzun illərdir kafe fəaliyyət gösərir.

"Kafenin sahibləri deyirlər ki, hasarlanan ərazi də onlara məxsusdur, təxminən 30 il əvvəl, hələ sovet dövründə alıblar. Müvafiq sənədləri var. Belə olanda biz onlara sənədlərin gətirilib təqdim edilməsi üçün vaxt verdik. Açığı ağlabatan deyil ki, onların zeytun bağına dair mülkiyyət sənədləri olsun. Hər halda vaxt verdik, sənədləri təqdim etməsələr lazımi tədbir görüləcək"-M.Mahmudov belə deyib.

Virtualaz.org məsələni diqqətdə saxlayacaq.

Zabratda zeytun bağını zəbt edib hasarladılar


* * *13:27

Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsində, “Neftmaştəmir” ASC ilə üzbəüzdə, dəmir yolu xəttinin kənarındakı təxminən 35-40 sotluq zeytun bağı bir neçə gün əvvəl hasarlanıb, darvaza qoyulub. Hasarlanmış ərazidə yüzlərlə çoxillik zeytun ağacları qalıb.

Virtualaz.org-un əməkdaşı hasarlanmış zeytunluğa baş çəkib. Məlum olub ki, hasarlanmış ərazinin dəmir qapısı içəridən bağlıdır və ərazidə tikintiyə hazırlıq gedir. Yaxınlıqda yaşayan sakinlər deyiblər ki, ərazi təxminən bir həftə əvvəl hasarlanıb.

“Buralarda hər tərəfi zəbt ediblər, satıblar, restoranlar, şadlıq evləri, kafelər tikiblər. Yeganə boş ərazi qalmışdı, uşaqlarımız yayda zeytun ağaclarının kölgəsində oynayırdı, axırda buranı da ələ keçirdilər”-18 Oktyabr küçəsində yaşayan sakinlərdən biri deyib.

Zabratda zeytun bağını zəbt edib hasarladılar


Bağın bir hissəsi illər əvvəl satılıb, hasarlanaraq ərazidə kafe tikilib. Sakinlər onu da bildiriblər ki, zeytunluğun qalan hissəsini kimin hasarladığını bilmirlər, amma hasar çəkilərkən belə məlumat dolaşırdı ki, ərazi Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən satılıb.

Axı bu necə ola bilər? Doğrudanmı Bakıda yerli məmurlar prezident İlham Əliyevin cəmi bir ay əvvəl şəhərdə yaşıllıqları məhv edib yerində qanunsuz kommersiya obyektləri tikənlərə qarşı sərt tədbirlərin görüləcəyi haqda çıxışını, xəbərdarlığını eşitməyiblər? Prezident dəfələrlə öz çıxışlarında bu məsələ barədə hiddətlə danışıb, yaşıllıqların şəxsi maraqları naminə məhv edilməsinə son qoyulmasını məmurların qarşısında qəti vəzifə kimi qoyub.

Zabratda zeytun bağını zəbt edib hasarladılar


Virtualaz.org məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Sabunçu Rayon İcra Hakimiyyəti başçının köməkçisi Müslüm Mahmudova, eləcə də icra hakimiyyətinin Zabrat qəsəbə nümayəndəliyinə məlumat verib.

Zabrat qəsəbəsi üzrə icra nümayəndəliyinin rəhbərinin müavini Arif Osmanov zeytun bağının hasarlanmasından “xəbərsiz olduğunu”, deyilənləri araşdıracaqlarını bildirib.

İcra hakimiyyəti başçısının köməkçisi M.Mahmudov zeytunluğun hasarlanması barədə xəbəri ciddi narahatlıqla qarşılayıb, bu məsələdə rayon rəhbərliyinin hər hansı rolunun olmadığını bildirib və tezliklə məsələni araşdırıb redaksiyamızla əlaqə saxlayacaqlarını deyib.

Zabratda zeytun bağını zəbt edib hasarladılar


Çox keçmədən icra başçısının köməkçisi redaksiyamızla əlaqə saxlayıb və məlumatın təsdiqləndiyini deyib, bu faktı aşkar edib onlara çatdırdığımız üçün təşəkkürünü bildirib. M.Müslümov deyib ki, zeytunluq ərazisinin qanunsuz hasarlandığı müəyyən olunub və dərhal rayon icra hakimiyyəti başçısı məsələyə müdaxilə edib, hasarın gün ərzində sökülməsinə göstəriş verilib. “Nəticəsini özünüz görəcəksiniz”-köməkçi əmin edib.

Qəsəbədən aldığımız məlumata görə ərazini hasarlayan və orada hansısa iaşə obyekti tikməyə hazırlaşan şəxs DYP əməkdaşıdır. Ərazi DYP-nin Sabunçu şöbəsi ilə üzbəüzdür. virtualaz.org zeytun bağının qanunsuz zəbt edilməsi və İcra Hakimiyyətinin məsələyə müdaxiləsi ilə bağlı baş verənləri diqqətdə saxlayacaq. Hasarın həqiqətən söküldüyünə əmin olmaq üçün əməkdaşımız gün ərzində göstərilən ünvana təkrar baş çəkəcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *