Soyuducu xarab oldu, milyarder Ayrapetyanın orqanları çürüdü » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Hadisə

Soyuducu xarab oldu, milyarder Ayrapetyanın orqanları çürüdü

Soyuducu xarab oldu, milyarder Ayrapetyanın orqanları çürüdü

Rusiyada Mordoviya respublikasının İstintaq İdarəsi 2017-ci ildə həbsxanada ölən erməni milyarder, Dağlıq Qarabağ ermənilərinin baş sponsoru sayılan Levon Ayrapetyanın zəhərlənməsi şübhəsi əsasında cinayət işi qaldırmaqdan imtina edib.

Virtualaz.org “Rosbalt”a istinadən xəbər verir ki, milyarderin qohumları onun həbsxanada zəhərlənə biləcəyini iddia edirdi və cinayət işinin qaldırılmasını istəyirdi. Amma Ayrapetyanın cəsədindən götürülmüş nümunələr müəmmalı şəkildə soyuducuda korlanıb. Nəticədə analiz üçün yararsız hala düşüb. Bunu Ayrapetyanın vəkili müstəntiqlərlə şifahi söhbətinə əsasən deyib.

Levon Ayrapetyan Rusiyanın ən varlı adamlarından və dünyanın ən varlı ermənilərindən biri olub. “Qazprom” da daxil olmaqla bir çox şirkətlərin səhmlərinə, çoxsaylı aktivlərə, o cümlədən Parisdə, Nyu-Uorkda, Monakoda malikanələrə, Azərbaycanın işğal altındakı ərazilərində zavodlara malik idi. O, “Başneft” şirkətinin səhmlərinin alqı-satqısı zamanı qurulmuş maxinasiyaya görə həbs edilmişdi. Həbsxanada olarkən Ayrapetyan öz əmlakını və aktivlərini idarə etmək üçün bir sıra şəxslərə etibarnamə verib, amma onun aktivlərinin əhəmiyyətli hissəsi ələ keçirilib. İstintaq zamanı aydınlaşıb ki, Ayrapetyana borcu olan xeyli adamlar var və azadlıqda olanda həmin şəxslərdən iri məbləğlərdə borclarını toplamaq üçün çalışıb.

Qohumları erməni milyarderin ölümünü müəmmalı hesab ediblər. Mordoviyadakı 12 saylı həbsxanada cəza çəkən Ayrapetyanın işinə ötən il oktyabrın 17-də Mordoviyanın Ali məhkəməsi baxmalı idi. Və gözlənilirdi ki, səhhətinə görə onu cəzasının davamını çəkməkdən azad edəcəklər. Ayrapetyanın xərçəng xəstəsi olduğu məlum idi.

Lakin qohumlarının iddiasına görə həmin ərəfədə iki naməlum şəxs Ayrapetyana tibbi bağlama göndərir. Bu bağlamanın içində milyarderin istifadə etdiyi dərmanlar yer alırdı. Levon dərmanlardan qəbul edir, amma qəfildən vəziyyəti pisləşir. Oktyabrın 18-də huşunu itirir. Özünə gələndə kamera yoldaşının telefonu ilə qardaşına və dostuna zəng vurur. “Məni zəhərlədilər. Səhərə sağ çıxmayacam. Meyitimi yarmadan məni dəfn etməyin”-deyir.

Soyuducu xarab oldu, milyarder Ayrapetyanın orqanları çürüdü


Biznesmen ölür və onun cəsədindən nümunələr, o cümlədən daxili orqanları götürülür. Qohumları ekspertiza aparılmasını tələb edir. Nəhayət bu günlərdə İstintaq İdarəsi bu qənaətə gəlir ki, Ayrapetyana iki naməlum şəxsin bağlama göndərdiyini təsdiq etmək mümkün olmayıb, xəstəxananın həkimləri müəyyən səhvə yol veriblər. Amma bu səhv onun ölümünə səbəb ola bilməzdi. Nəticədə cinayət işinin qaldırılmasından imtina edilir.

Milyarderin vəkili Karen Nersisyan isə deyir ki, müstəntiqlər şifahi qaydada ona tibb müəssisəsinin soyuducu avadanlığının xarab olduğunu, nəticədə Ayrapetyanın cəsəd nümunlərinin və daxili orqanlarının çürüdüyünü, ekspertiza üçün yararsız hala düşdüyünü deyiblər. Vəkilin fikrincə bütün bunlar çox şübhəlidir və indi onlar məsələnin Moskvada araşdırılmasını tələb edəcəklər.

Nersisyan bildirir ki, Ayrapetyan oktyabrın 19-da azadlığa çıxıb biznesində qayda yaratmağı, çoxsaylı aktivlərinin hara yoxa çıxdığını aydınlaşdırmağı, habelə borclularından pullarını almağı planlaşdırırdı.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *