Nazirin birinci müavini İlqar Rəhimov işdən çıxarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Nazirin birinci müavini İlqar Rəhimov işdən çıxarıldı

Nazirin birinci müavini İlqar Rəhimov işdən çıxarıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İlqar Rəhimov vəzifəsindən azad edilib. Virtualaz.org xəbər verir ki, o, eyni vaxtda nazirliyin Aparat rəhbəri vəzifəsini yerinə yetirdiyi üçün həmin vəzifənin müvəqqəti icrası Bəxtiyar Əzizova həvalə edilib. Nazirin birinci müavini vəzifəsi isə boş qalıb. Nazirliyin saytında cəmi dörd nazir müavininin adları və bioqrafiyası yer alır-İdris İsayev, Mətin Kərimli, Anar Əliyev və Vüsal Nəsirli.

İlqar Rəhimov 1964-cü ildə anadan olub. 1985-1991-ci illərdə Maliyyə Nazirliyində, 1991-1993-cü illərdə Azərbaycan prezidentinin İcra Aparatında müxtəlif vəzifələrdə işləyib. 1993-cü ildən günümüzə gədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində rəhbər vəzifələrdə çalışırdı. 1999-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin I müavini vəzifəsini tuturdu. İ.Rəhimov həm də 1999-cu ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidentidir.

İ.Rəhimov nazirliyin “boz kardinalı” hesab edənlər də var. Tanıyanlar deyirlər ki, o kifayət qədər peşəkar məmur, öz sahəsini dərindən bilən biri olub. İ.Rəhimov Prezident Aparatının iqtisadiyyat şöbəsinə rəhbərlik etmiş Vahid Axundovun məktəbini keçib. 1992-ci ildə Vahid Axundovun şöbəsində işləyib və oradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə keçib. İ.Rəhimov o vaxtdan bəri 5 nazirlə işləyib, nazirlər dəyişsə də peşəkar olduğu üçün o vəzifəsini saxlaya bilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *