“Biz hər şeyə hazır olmalıyıq...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

“Biz hər şeyə hazır olmalıyıq...”

“Biz hər şeyə hazır olmalıyıq...”

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Dağlıq Qarabağda qondarma rejimin rəhbəri Bako Saakyanla görüşü zamanı təmas xəttində atəşkəsin pozulması hallarının minimuma endiyini bildirib. Eyni zamanda əlavə edib ki, Düşənbədə əldə edilmiş razılaşmaya tam əməl edilmir.

“İstənilən halda biz hadisələrin istənilən inkişaf ssenarisinə hazır olmalıyıq”-Paşinyan belə deyib.

Ermənistan hökumətinin mətbuat xidməti bildirir ki, Paşinyan Saakyanla birlikdə əsgərlərlə də söhbətləşib, onları əmin etməyə çalışıb ki, orduda xidmət şəraiti xeyli yaxşılaşdırılacaq. Belə görünür ki, bu vədlər Qarabağdakı erməni işğalçı qüvvələrinin sıralarında son aylar dalbadal baş verən intiharlar, əsgərlərin döyülüb öldürülməsi kimi insidentlərlə bağlıdır.

“Biz yemək təminatı barədə məsələləri fəal müzakirə edirik. Ümid edirik ki, qurulan mexanizmlərin nə dərəcədə effektli olduğunu görə biləcəyik. Aydındır ki, indiki sistem heç kimi qane etmir-nə komandir heyətini, nə hərbçiləri, nə valideyinləri”-Paşinyan bildirib.

Ermənistan rəhbəri deyib ki, komandir heyətini məişət qayğılarının həllindən azad etmək lazımdır. “Bizim vəzifəmiz odur ki, hərbçilər ancaq hərbi işlərlə məşğul olsunlar, məişət işlərinə enerji sərf etməsinlər”-o deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *