Bin Ladenlə görüşüb, saxta pasportla Azərbaycana gəlib... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

Bin Ladenlə görüşüb, saxta pasportla Azərbaycana gəlib...

Bin Ladenlə görüşüb, saxta pasportla Azərbaycana gəlib...

Malayziyanın dörd ştatında keçirilən antiterror əməliyyatları zamanı “Əl-Qaidə” terror qruplaşmasının keçmiş üzvü də daxil olmaqla 5 terrorçu yaxalanıb. Virtualaz.org Malayziya KİV-lərinə istinadən xəbər verir ki, onlardan birinin Üsəma bin Ladenlə görüşdüyü və saxta pasportla Azərbaycana səyahət etdiyi üzə çıxıb.

Malayziyanın baş polis müfəttişi Tan Şri Mohamad Fuzi Harun bildirib ki, iki malayziyalı (kişi və qadın), pakistanlı, misirli və Yaxın Şərq ölkələrlərindən birinin vətəndaşı olan 5 terrorçu Selanqor, Perak, Kuala-Lumpur və Sabah ştatlarında antiterror polisinin keçirdiyi xüsusi əməliyyatla yaxalanıblar. Əməliyyatlar oktyabrın 13-dən 26-na qədər keçirilib.

Bin Ladenlə görüşüb, saxta pasportla Azərbaycana gəlib...


Belə ki, oktyabrın 13-də Selanqor ştatında özəl şirkətlərdən birinin icraçı direktoru olan 50 yaşlı misirli tutulub. Mohamad Fuzi bildirib ki, həmin şəxs “Əl-Qaidə”nin keçmiş üzvü olub, 1988-1993-cü illərdə Əfqanıstanda işləyib.

“Bu şəxs “Əl-Qaidə” lideri Üsəma bin Ladenlə görüşüb, etiraf edib ki, saxta pasportlardan istifadə edərək Kanadaya, Pakistana və Azərbaycana səyahət edib”-polis rəsmisi bildirib.

Bin Ladenlə görüşüb, saxta pasportla Azərbaycana gəlib...


Mohamad Fuzi deyib ki, həmin şəxs əvvəllər Misirdə və Kanadada terrorçuluq fəaliyyətləri ilə bağlı olan hərəkətlərə, habelə saxta pasportlardan istifadə etdiyinə görə həbs edilib. Adı açıqlanmayan bu misirli 2018-ci ilin may ayından Malayziyaya yerləşib. O, həmin ölkədə özünün tikinti şirkətinin fəaliyyətini genişləndirməyi planlaşdırıb.

Hazırda həmin şəxsin Malayziyaya daxil olmaq üçün həqiqi, yaxud saxta pasportdan istifadə etdiyini, o cümlədən ölkə ərazisində başqa fəaliyyətlərinin olub-olmadığını araşdırır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *