AZAL-ın vitse-prezidentinə qarşı təxribat
Bir sıra kütləvi informasiya vasitələri məlumat yayıblar ki, DYP-nin yol hərəkəti qaydalarını pozanlara qarşı reydi zamanı AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğlu saxlanılıb.
Bildirilir ki, 1990-cı il təvəllüdlü Fərhad Eldar oğlu Hacıyev sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. Gənc 10 NG 800 dövlət nömrə nişanlı “Jaguar” markalı avtomobilin sükanı arxasında olub.
Lakin virtualaz.org-un əməkdaşı ilə söhbətində AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bu məlumatı təkzib edərək qeyd edib ki, onun Fərhad adlı oğlu yoxdur.
“Mənim üç uşağım var. Əli (1990-cı il təvəllüdlü), Arslan (1993) və qızım Şükufə (1997). Fərhad adlı oğlum yoxdur”, - Eldar Hacıyev bildirib.
O, həmçinin jurnalistləri məsuliyyətli olmağa və yoxlanmamış məlumatları yaymamağa çağırıb.
Mənbə:> Virtualaz.org