ABŞ İran raketini hansı ölkənin üzərində vuracaq, Azərbaycanın, Ermənistanın, yoxsa...? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

ABŞ İran raketini hansı ölkənin üzərində vuracaq, Azərbaycanın, Ermənistanın, yoxsa...?

ABŞ İran raketini hansı ölkənin üzərində vuracaq, Azərbaycanın, Ermənistanın, yoxsa...?

ABŞ bu günlərdə ballistik raketlərı havada zərərsizləşdirmək üçün nəzərdə tutulan yeni raketini sınaqdan keçirib. Virtualaz.org xəbər verir ki, bu mövzuya Rusiya Müdafiə Nazirliyinə bağlı “Hərbi icmal” portalı (“Voennoe obozreniya”) yer ayırır.

Amerika KİV-ləri bildirir ki, orta mənzilli raketlərə qarşı nəzərdə tutulan raketin sınağı uğurla başa çatıb. Bu, həmin raketin ikinci uğurlu sınağıdır. Söhbət SM-3 Block IIA raketindən gedir, həmin raketi ABŞ və Yaponiya birgə hazırlayıb.

Raketin bu versiyası yüksək həssaslığa, yalançı hədəfləri əsl hədəflərdən effektiv şəkildə seçə bilən sensor qurğusu ilə təchiz edilib. SM-3 Block-IIA bu raketin əvvəlki versiyaları ilə müqayisdə daha böyük uçuş radiusuna malikdir, habelə sürəti saniyədə 4.5 kilometrə qədər artırılıb. Maksimal uçuş məsafəsi 2700 kilometrdir.

ABŞ İran raketini hansı ölkənin üzərində vuracaq, Azərbaycanın, Ermənistanın, yoxsa...?


Sınaqlar zamanı raket ABŞ Hərbi Dəniz Qüvvələrinin “John Finn” esminetsinin göyərtəsindən buraxılıb. Hədəf kimi isə Havay adalarının qərb sahillərindən buraxılmış raket istifadə olunub.

Rusiya hərbi nəşri qeyd edir ki, SM-3 Block-IIA raketi ABŞ-ın Şərqi Avropada-Polşa və Rumıniyada yerləşdirdiyi raketdən müdafiə sistemləri obyektlərinin əsasını təşkil edəcək. Amerikalılar bu raketin dənizdən buraxılan versiyası ilə yanaşı quru versiyasının da olduğunu gizlətmirlər.

Nəticədə Rusiyada belə hesab edirlər ki, bu raketin mövcudluğu ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvinə dair Müqavilənin şərtlərini pozmasıdır. Həmin müqaviləni bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp ləğv edib. Tramp bunu Rusiyanın müqavilənin şərtlərini yerinə yetirməməsi ilə əsaslandırıb.

ABŞ İran raketini hansı ölkənin üzərində vuracaq, Azərbaycanın, Ermənistanın, yoxsa...?


Əslində SM-3 Block-II raketdən müdafiə sisteminin elementi kimi işlənib hazırlansa da döyüş başlığını dəyişməklə onu hücum vasitəsinə çevirmək də mümkündür. Digər tərəfdən ruslar narahatdır ki, bu raketlərin Avropada yerləşdirilməsi heç də İran ballistik raketlərinə görə deyil.

Belə ki, ABŞ-ın Rumıniyanın Deveselu şəhəri ətrafında raketdən müdafiə obyekti yerləşdirməsini haradasa izah etmək mümkün olardı. Çünki bu şəhərdən İranın Təbriz şəhərinə qədər məsafə 2 min kilometrdir. Lakin Polşanın Redzikovo şəhəri ətrafında raketdən müdafiə obyektinin yerləşdirilməsini, rusların fikrincə, adi məntiqlə əsaslandırmaq mümkün deyil. Çünki həmin şəhərdən Təbrizə qədər məsafə 2900 kilometrdir. Bu isə SM-3 Block-IIA raketinin uçuş radiusundan çoxdur.

ABŞ İran raketini hansı ölkənin üzərində vuracaq, Azərbaycanın, Ermənistanın, yoxsa...?


“ABŞ bəyan edir ki, İran raketlərini uçuş zamanı neytrallaşdıracaq. Amerika raketinin taktiki-texniki göstəricilərinə əsasən bunu İran səmasında etmək mümkün deyil. O zaman İran raketi hansı ölkənin üzərində vurulacaq: Azərbaycanın, Ermənistanın, Rusiyanın, yoxsa Belarusun? Yaxud gözləyəcəklər ki, raket NATO-nun hava məkanına çatsın? Axı Amerika kəşfiyyatı dəfələrlə bildirib ki, İranın belə mənzilli raketi yoxdur”-Rusiya hərbi dairələrinin mövqeyini ifadə edən sayt belə yazır.

Xatırladaq ki, ABŞ-ın Avropada raketdən müdafiə sistemləri yerləşdirməsini Rusiya özünə qarşı təhlükə kimi görür. Moskva buna cavab olaraq Kalininqradda “İsgəndər-M” raketləri yerləşdirib. Ötən gün isə məlum olub ki, silahlanmaya ötən il qəbul edilən və məxfi hesab edilən “Səmərqənd” radioelektron mübarizə qurğusu da Kalininqradda mənzillənib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *