Bakıda “xunveybinlər” yenə fəallaşdı, şəhərə tonlarla zəhər buraxmağa başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Bakıda “xunveybinlər” yenə fəallaşdı, şəhərə tonlarla zəhər buraxmağa başladı

Bakıda “xunveybinlər” yenə fəallaşdı, şəhərə tonlarla zəhər buraxmağa başladı

Bakıda bir vaxtlar inşaat sektorunda yaşanan böhranın təsiri ilə fəaliyyətləri bir qədər zəifləmiş kustar qara metallurgiya sexləri yenidən yağışdan sonra göbələk kimi artmağa başlayıb. Virtualaz.org xəbər verir ki, belə sexlərdən ikisi düz şəhərin mərkəzində-Heydər Əliyev prospektindən cəmi bir neçə yüz metr məsafədə işləyir və ətraf mühitə tonlarla zəhər buraxır.

Reportyor qrupumuz Nərimanov rayonu, Nəsrulla Nəsrullayev küçəsi, 5 ünvanında, sovet dövrünün sənaye kvartalının xarabalıqlarında yerləşən, səhmləri Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olan“Bakı Elektriktökmə” ASC-nin ərazisində fəaliyyət göstərən iki kustar qara metallurgiya sexinə baş çəkib və acınacaqlı mənzərə, yaxud açıq-aşkar cinayət əlamətləri ilə qarşılaşıb. Söhbət hər gün kustar metaləritmə sobalarından ətraf mühitə, şəhərin düz mərkəzinə qatı qata tüstü formasında atılan ağır metal tullantıları nəticəsində törədilən ekoloji cinayət əməlindən gedir.

Bakıda “xunveybinlər” yenə fəallaşdı, şəhərə tonlarla zəhər buraxmağa başladı


Həm də təkcə ekologiyaya vurulan zərərdən söhbət getmir. Belə metal sexlərində istehsal edilən və heç bir standartlara cavab verməyən armaturlar Bakıda keyfiyyətsiz çoxmərtəbəli binalar tikən, oradakı mənzilləri vətəndaşlara maya dəyərindən dəfələrlə baha sırıyıb aradan çıxan dələduz tikinti baronları üçün sərfəli inşaat materialıdır. Hansı ki, həmin binaları tikilib qurtarandan sonra heç dövlət orqanları tərəfindən istismara da qəbul etmirlər və nəticədə Bakıda çoxmərtəbəli binalar formasında qanunsuz tikililərin sayı durmadan artır.

Armatur dalınca “Məhəmmədin sexi”nə: “Nə qədər istəsəniz varımızdı...”

...”Bakı Elektriktökmə” ASC-nin ərazisinə “şübhəli şəxslərin”-reportyor qrupunun yaxınlaşdığını görən kimi giriş darvazasının çölündə, şam ağaclarının altında oturan fəhlə geyimində iki nəfər dərhal ayağa qalxır. Onar arxamızca düşüb “yad adamların” bu ərazidə nə axtardıqları ilə maraqlanırlar. Əməkdaşımız “tikinti baronu” roluna girir, “Bina tikintisinə başlamışıq, armatur lazımdır” deyir...

Bakıda “xunveybinlər” yenə fəallaşdı, şəhərə tonlarla zəhər buraxmağa başladı


Kustar sexlərdən birində işləyən bu şəxslər dərhal sevincək olur, gələnlərin kim olduğu haqda darvazanın o tərəfindən soruşan orta yaşlı qadına cavab verir: “Armatur almaq istəyirlər”.

-Bilirsiniz, bizə stabil olaraq ayda təxminən 20-30 ton lazım olacaq,-əməkdaşımız qeyri-leqal fəaliyyət göstərən kustar metallurgiya sexinin aylıq istehsal həcmi barədə təxmini məlumat öyrənə bilmək üçün deyir.

-Problem deyil, nə qədər istəsəniz varımızdı.

-Necə yəni? Sizin sex ayda ən çoxu nə qədər mal verə bilər ki?

-Lap 200 ton, 220 ton.

-Hə, lap yaxşı. O zaman sexin sahibi ilə müqavilə bağlamaq olar.

-Müqaviləsiz də mümkündü.

-Pulu nəğd veririk, malı götürürük, elədir?

-Hə, elədir.

Bakıda “xunveybinlər” yenə fəallaşdı, şəhərə tonlarla zəhər buraxmağa başladı


Belə məlum olur ki, bu şəxslər “Bakı Elektriktökmə” ASC-nin ərazisində yerləşən və “Məhəmmədin sexi” kimi tanınan kustar metallurgiya sexində işləyirlər. Söhbətdən məlum olur ki, bu sexdə 8 millimetrdən 15 millimetrə qədər müxtəlif diametrli armaturlar istehsal olunur.

Orta yaşlı qadın isə görünür daha ayıq-sayıqdır, gələnlərin heç də armatur alıcıları olmadığından bayaqdan duyuq düşüb. Sexin işçilərini kənara çəkib onlara nəsə pıçıldayır. Sonra bizi sexin işləmədiyinə əmin etməyə çalışır: “İşləmirlər, dayanıblar. Sex bağlıdır. Vergi ilə nəsə problemləri var”

Sexə tərəf yollanırıq, orada iş intensiv olmasa da gedir, içəridə 3 fəhlə qaynaq işləri ilə məşğuldur, metal tullantılarını ilkin emal üçün kəsib doğrayırlar. Həyətdə isə hazır armaturlar qalaqlanıb. Və 3-4 ağırtonnajlı yük maşını arxası sexin darvazasına tərəf dayanıb, maşınların kuzovu bağlıdır, onlar ya metal tullantıları gətiriblər, ya da hazır məhsulu yükləyiblər.

Bakıda “xunveybinlər” yenə fəallaşdı, şəhərə tonlarla zəhər buraxmağa başladı


Həyətin digər tərəfində əyinlərində cırıq-sökük paltarlar olan bir neçə gənc arabalarla sexə metal tullantısı daşıyır. Havanın sərin olmasına baxmayaraq onlardan birinin əynində təkcə iç geyimi-his-pasdan, çirkdən rəngi seçilməyən mayka var....

“Valehin sexi” istehsalı genişləndirmək üçün hazırlıqlar görür

Bu sexlə bağlı məsələ aydındır və o biri sexə-rastlaşdığımız fəhlələrin təqdim etdikləri kimi “Valehgilin sexinə” tərəf gedirik. Burada da mənzərə eynidir. İçəridə bir neçə fəhlə hansısa iri dəmir konstuksiyaları qaynaq edir. Sexin darvazasına yad adamların yaxınlaşdığını görən kimi işçilərdən biri tez ayağa qalxır, əməkdaşlarımızı qapıda qarşılayır.

-Zəhmət olmasa deyərdiniz, burada nə istehsal edirsiniz?

-Hələ heç nə, hazırlaşırıq...

Bakıda “xunveybinlər” yenə fəallaşdı, şəhərə tonlarla zəhər buraxmağa başladı


Amma bu işçi də düz demir, çünki sexin o başında üst-üstə qalanmış hazır məhsul (“katenka”) və yarımfabrikat (pəstahlar) uzaqdan gözə dəyir. Sexin həyətində isə məhsul istehsalı zamanı yaranan tullantılar və qara metal tullantıları-xammal qalaqlanıb.

-Bilmək olar bu kimin sexidir?

-İşgüzar adamların,-işçi şəstlə deyir və dərhal sual edir,-bəs siz kimsiniz, haradan gəlmisiniz?

Mətbuatdan gəldiyimizi deyirik, özümüzü təqdim edirik. Amma bu şəxs daha danışmaq istəmir və qapını örtüb içəri keçir...

“Fəhlələri görsəniz qorxarsınız...”

Yaxınlıqdakı obyektlərdən birinin qarovulçusu ilə söhbətləşirik. Yaşlı kişinin dərdi təzələnir:

Bakıda “xunveybinlər” yenə fəallaşdı, şəhərə tonlarla zəhər buraxmağa başladı


-Görürsünüz də, vaxt var idi bu gördüyünüz zavodlarda minlərlə adam işləyirdi, insanların normal iş yerləri vardı, stabil maaş alırdılar, ev növbəsinə dayanıb pulsuz ev alırdılar. İndi isə bu sexlərdə insanlar qul kimi işlədilir. Bayaq gördüyünüz fəhlələr vardı a, onlar hələ abırlısıdır. Qalanlarını görsəniz qorxarsınız. Hamısının əlləri, qolları yanıb, sifətləri qapqaradır. Bu sexlər hər gün səhərlər havaya qapqara tüstü, zəhər buraxır, tüstü bax o tərəfə, gördüyünüz binalara tərəf yayılır. Yəqin ki, həmin binaların içi bir müddət sonra hisə boyanacaq-qarovulçu Heydər Əliyev prospekti boyu düzülən dəbdəbəli göydələnləri-ofis və hökumət binalarını göstərir.

Prezident Bakıda havanı çirkləndirənlərə son xəbərdarlığı edib

Axı bu necə ola bilər? Bir halda ki, Bakının havasını çirkləndirənlərə, yaşıllıqlarını məhv edənlərə qarşı sərt mübarizə aparılır və bu məsələ şəxsən prezident İlham Əliyevin diqqətindədir. Prezident az qala hər dəfə keçirdiyi müşavirələrdə şəhərin ekologiyasını korlayanlar barədə hiddətlə danışır, onlara xəbərdarlıqlar edir.

Bakıda “xunveybinlər” yenə fəallaşdı, şəhərə tonlarla zəhər buraxmağa başladı


Elə Nazirlər Kabinetinin son iclasında da prezident bu məsələdən danışıb. Bakıda sayı-hesabı çoxdan itən şadlıq saraylarının sobalarından havaya buraxılan tüstü barədə sərt ölçü götürüləcəyini deyib. Prezident bildirib ki, bu obyektlərin sahiblərinə bir dəfə xəbərdarlıq edilib və onlar lazımi ölçü götürməsələr daha xəbərdarlıq olmayacaq.

“Bir də görəcəklər ki, əldən çıxdı”-İlham Əliyev belə deyib.

Şəhərə hər gün kəskin iy-qoxu, tüstü yayan iaşə obyektləri ilə bağlı problem əlbətdə ki, ciddidir və prezidentin bu sərt xəbərdarlığı yəqin ki, həmin obyektlərin sahiblərinə dərs olacaq. Lakin Bakının düz mərkəzində, sovet sənaye kvartalının xarabalıqlarında gizlənib hər gün havaya qatı qara tüstü buraxan “xunveybinlər” necə olsun? Onların məsələsi müvafiq strukturları niyə narahat etmir, bu strukturlar işə prezidentin şəxsən qarışmasını gözləyirlər?

Bakıda “xunveybinlər” yenə fəallaşdı, şəhərə tonlarla zəhər buraxmağa başladı


Niyə “xunveybinlər”...

Bu yerdə haşiyə çıxaraq Bakının kustar qara metallurgiya sexlərinin sahiblərini, yaxud bayaqkı işçinin dediyi kimi, “işgüzar adamları” xunveybinlərlə-Maoçu gənclərlə müqayisə etməyimizin səbəbləri haqda. Məsələ bundadır ki, ötən əsrin ortalarından başlayaraq Çində metallurgiya istehsalını genişləndirmək üçün kustar sexlərin fəaliyyətinə icazə verilmişdi. Və maoçuların kustar metal sexləri ölkəni bürüdü, bunun sayəsində Çin hazırda dünyada metallurgiya istehsalına görə dünyanın ən iri ölkələrindən birinə çevrildi.

Lakin son illər Çində görürlər ki, bu cür kustar sexlərdə rəqabətə davamlı məhsul istehsalı mümkün deyil. Üstəlik “xunveybin metallurgiyası” ətraf mühitə böyük zərər vurur. Nəticədə istehsalın həcminin azalmasına gətirib çıxarsa belə, bu sexlərin fəaliyyətini məhdudlaşdırmaq üçün tədbirlər görülür. Bakıda isə “xunveybinlər” öz işindədir, onlar yenə fəallaşıblar və ətraf mühiti zəhərləməklə heç bir standarta cavab verməyən “məhsul” istehsalını genişləndiriblər.

Bakıda “xunveybinlər” yenə fəallaşdı, şəhərə tonlarla zəhər buraxmağa başladı


Qeyd edək ki, hesablamalara görə 1 ton qara metal tullantısının emalı zamanı ətraf mühitə 50-120 kiloqram arasında zərərli tullantı atılır. Həmin tullantıların tərkibində nəfəsalma yolu ilə insan orqanizminə düşərək xərçəngə gətirib çıxaran ağır metal hissəcikləri də yer alır. Hazırda texnologiyanın inkişafı sayəsində iri metallurgiya komplekslərində ətraf mühitə atılan zərərli tullantıların həcmini kəskin azaltmaq (1 ton qara metal emalı zamanı maksimum 10 kiloqram) mümkün olub.

Lakin Bakının kustar induksiya sobaları ilə işləyən sexlərinə, o cümlədən “Məhəmmədin sexinə” və ya“Valehin sexinə" kim bu təmizləyici qurğuları alıb quraşdıracaq? Axı bu “işgüzar adamları” ancaq qəpik -quruşa, heç bir təhlükəsizlik normalarına uyğun olmayan təhlükəli şəraitdə işlətdikləri fəhlələrin əməyi hesabına tullantılardan armatura bənzər nəsə hazırlayıb bazara çıxarmaq və standartlara cavab verən məhsullardan aşağı qiymət təklif etməklə dələduz tikinti baronlarına satmaq maraqlandırır...

Bakıda “xunveybinlər” yenə fəallaşdı, şəhərə tonlarla zəhər buraxmağa başladı


Virtualaz.org bu məsələ ilə bağlı müvafiq strukturların rəyini öyrənməyə, Bakıda havaya tonlarla zəhər yayıb kustar üsulla məhsul istehsal edən, əlbətdə ki, vergidən yayınan və arxasında hansısa nüfuzlu şəxslərin dayandığına şübhə yer olmayan sexlərin fəaliyyətinə niyə göz yumulduğunu bir daha araşdırmağa çalışacaq. O cümlədən araşdırmağa çalışacaq ki, "Bakı Elektriktökmə" ASC nəyə görə öz ərazisində bu cür kustar sexlərin fəaliyyətinə şərait yaradıb...

Virtualaz.org saytının reportyor qrupu


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *