Azərbaycan baş nazirinin keçmiş müavininin kürəkəni belə güllələndi
İstanbulun Beykoz məhəlləsində lüks avtomobilində silahlı hücuma məruz qalan Azərbaycan baş nazirinin keçmiş müavini Musa Məmmədovun kürəkəni Mustafa Erkin Kahramana silahlı hücumun videogörüntüləri ortaya çıxıb. Virtualaz.org xəbər verir ki, bu barədə “Sözçü” qəzeti məlumat yayıb.
Kadrlardan görünür ki, iş adamı ağ rəngli BMV X6 markalı avtomobilin sükanı araxsına keçəndən az sonra killer ona yaxınlaşır. Qapını açmaq istəyir, lakin qapı açılmır. İş adamına avtomobilin pəncərəsindən bir neçə dəfə atəş açaraq qaçır.
* * *13:00
Türkiyənin İstanbul şəhərində Azərbaycan baş nazirinin keçmiş müavini Musa Məmmədovun kürəkəni, iş adamı Mustafa Erkin Karaman güllələnib. Virtualaz.org “Hüriyyet” qəzetinə istinadən xəbər verir ki, hadisə Beykoz məhəlləsində ötən gün axşam saat 20:00 radələrində baş verib.
M.E.Karaman lüks avtomobilində hərəkətdə ikən qəfildən naməlum şəxs və ya şəxslərin silahlı hücumuna məruz qalıb. Avtomobilə tərəf 5 dəfə atəş açılıb və o, bədəninə dəyən güllədən yaralanıb. Karaman yaralı halda hadisə yerindən uzaqlaşıb.
Hadisəni törədənlər isə ərazidən uzaqlaşa biliblər.
İş adamının yaralı halda təcili yardım avtomobilində Beykoz Dövlət Xəstəxanasına çatdırıldığı bildirilir. Burada ona ilkin tibbi yardım göstərildikdən sonra özəl xəstəxanalrdan birinə aparılıb.
Mustafa Erkin Karaman Azərbaycanın keçmiş baş nazirinin müavini Musa Məmmədovun qızı Günel Məmmədova ilə 2012-ci ildə evlənib. Cütlüyün toyu Bakının məşhur şadlıq sarayı olan “Çırağan”da keçirilib.
Qeyd edək ki, Musa Məmmədov Azərbaycanda kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. Ölkənin ilk prezidenti Ayaz Mütəllibovun hakimiyyətdə olduğu dövrdə onun səlahiyyətli nümayəndəsi olub. 1992-ci ildə A.Mütəllibov tərəfindən baş nazirin müavini təyin edilib. 1991-2001-ci illərdə “Azərmeşə” İstehsalat Birliyinə rəhbərlik edib.
Baş nazirin keçmiş müavini Musa Məmmədov
85 yaşlı M.Məmmədov vəzifəsindən 2017-ci ildə azad edilib. O, Prezidentin fərdi təqaüdçüsü, respublikanın əməkdar aqronomu, iqtisad elmləri doktoru, Dövlət mükafatı laureatıdır.
Mənbə:> Virtualaz.org