“Ruslar mərkəzləşdirilmiş qaydada bizim silah anbarlarımızı məhv edir...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi, Hadisə, Video

“Ruslar mərkəzləşdirilmiş qaydada bizim silah anbarlarımızı məhv edir...” – VİDEO + FOTO

“Ruslar mərkəzləşdirilmiş qaydada bizim silah anbarlarımızı məhv edir...”

Ukraynanın Çerniqov vilayətində, Müdafiə Nazirliyinin iri silah anbarında ötən gecədən baş vermiş yanğın və partlayışlar davam edir. Virtualaz.org xəbər verir ki, Kiyevdən təxminən 160 kilometr şərqdə yerləşən silah anbarı Müdafiə Nazirliyinin Mərkəzi raket-artilleriya idarəsinin strukturuna daxildir. Silah anbarının ərazisi 682 hektardan çoxdur və orada 88 min ton döyüş sursatının olduğu bildirilir. Bu, son üç ildə Ukraynada silah anbarlarında baş vermiş sayca beşinci partlayışdır və rəsmi versiya hələlik “səhlənkarlıq” olsa da ekspertlər Rusiyanın növbəti diversiyası barədə danışırlar.

Anbarın ətrafında 16 kilometr radiusda yerləşən kəndlərdən 10 mindən çox insan evakuasiya edilib. Dəmir yol və avtomobil nəqliyyatı dayandırılıb, hava məkanı bağlanıb. Partlayış barədə birinci məlumat yerli vaxtla gecə saat 03.40-da daxil olub. Dərhal Milli polisin, Milli Qvardiyanın, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin xüsusi bölmələri hadisə yerinə göndərilib. Səhər saatlarında partlayışlar nisbətən səngisə də hər 2-3 saniyədə bir mərmi partlayışı baş verir, partlayışların səsi hətta 40 kilometrdən eşidilir.

“Ruslar mərkəzləşdirilmiş qaydada bizim silah anbarlarımızı məhv edir...”


Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı özünün Facebook səhifəsində bildirib ki, partlayışlar anbarın texniki ərazisində başlayıb. Baş qərargah rəisinin başçılığı ilə operativ qrup hadisə yerinə gedib. Baş nazir Vladimir Qroysman da Tvitter-də təcili hadisə yerinə gedəcəyini yazıb.

“Ruslar mərkəzləşdirilmiş qaydada bizim silah anbarlarımızı məhv edir...”


Partlayışın səbəbinə dair rəsmi versiya hələlik səhlənkarlıq olsa da infrastruktur naziri Vladimir Omelyan hadisəni “Rusiya diversiyasının nəticəsi” adlandırıb. Jurnalist və hərbi icmalçı Yuri Batusov da bu versiyanı dəstəkləyib. “Bu, mərkəzləşdirilmiş şəkildə bizim döyüş sursatı ehtiyatlarımızı məhv edən Rusiyanın növbəti diversiyasıdır”-o yazıb. Jurnalist xatırladıb ki, 2015-ci ildən bəri Ukraynanın silah anbarlarında baş vermiş bütün partlayışlar zamanı Rusiya diversiyası əsas versiya olub. Belə ki, 2015-ci ilin oktyabrında Luqansk vilayətinin Kiyevin nəzarətində olan Svatovo qəsəbəsində silah anbarı partladılıb. 2017-ci ilin martında Xarkov vilayətindəki Balakleya qəsəbəsi yaxınlığında nəhəng silah anbarında partlayış baş verib. Nəticədə tank və artilleriya mərmiləri ehtiyatının 70 faizi məhv olub. Anbarda saxlanılan 125 min ton döyüş sursatının əksəriyyəti sıradan çıxıb. Həmin ilin sentyabrında Vinnitsk vilayətindəki sursat anbarı partlayıb. Orada 83 min ton sursat, o cümlədən “Smerç”, “Uraqan” və “Qrad” raketləri saxlanılırdı. Partlayış və yanğın nəticəsində sursat ehtiyatının üçdə biri məhv olub.


Yuri Butusov hesab edir ki, Çerniqovda sursat anbarını Rusiya ərazisindən qaldırılan pilotsuz təyyarə ilə partlada bilərdilər. Onun təxminlərinə görə pilotsuz aparat Rusiyaya ən yaxın İçnya qəsəbəsi istiqamətindən uçub.

Jurnalistin informasiyasına görə Ukraynada cəmi 14 sursat anbarı qalır və onlardan biri quru qoşunlarının Xmelnitsk vilayətində yerləşən 47-ci arsenalı, Çerkassk vilayətindəki mərkəzi artilleriya sursat bazası, Jitomirdəki artilleriya sursatı bazası daha çox təhdid altındadır.

Botusovun fikrincə təcili bu sursat anbarlarının mühafizəsi gücləndirilməli, hava hücumundan müdafiə vasitələri yerləşdirilməlidir.



* * *12:48

Ukraynanın Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığındakı hərbi bazanın silah-sursat anbarında baş verən partlayış diversiya ola bilər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları bu versiya üzərində işləyirlər.

Məlumata görə, artıq Xidmətin operativ qrupu hadisə yerində araşdırmalara başlayıb. Faktla bağlı cinayət işi açılıb.

Partlayışdan sonra Ukraynanın baş naziri Qroysman hadisə yerinə gəlib. Onun rəhbərliyi ilə qərargah yaradılıb. Ukrayna prezidenti Petro Poroşenko isə güc strukturlarının rəhbərlərinin iştirakı ilə müşavirə çağırıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Ukraynanın Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığındakı hərbi anbarda baş verən partlayışla bağlı ərazinin yaxınlığında 10 min nəfər evakuasiya olunub. Partlayış baş verən 6-cı Arsenal təxminən 682 hektar ərazidə yerləşir, onun 402 hektarı texniki ərazi hesab edilir.

Hadisə yerinə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin, Milli Qvardiyanın, Milli Polisin 600-dən çox canlı qüvvəsi və 100 texnikası cəlb edilib.

Çerniqov vilayəti təcili yardım stansiyasının yaydığı məlumata görə, partlayışdan sonra tüstüdən özünü pis edən 63 nəfər xəstəxanalara müraciət edib. Partlayış zamanı ölüm faktı hələ ki, təsdiqlənmir.

Hadisənin baş verdiyi yerdən 22 kilometrlik məsafədə olan ərazidə avtomobillərin, qatarların hərəkətinə qadağa qoyulub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *