Azərbaycan İtaliyadan 10 təlim-döyüş təyyarəsi alıb » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi, Video

Azərbaycan İtaliyadan 10 təlim-döyüş təyyarəsi alıb – VİDEO

Azərbaycan İtaliyadan 10 təlim-döyüş təyyarəsi alıb

Azərbaycan İtaliyadan 10 ədəd M-346 təlim-döyüş təyyarəsi alıb. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya internet mənbələrində (https://www.ridus.ru/news/285057) məlumat yer alır.

“Alenia Aermacchi M-346 Master“ əvvəlcə pilotların döyüş hazırlığının yüksəldilməsi üçün nəzərdə tutulurdu və İtaliyanın “Leonardo Aircraft” şirkəti tərəfindən istehsal olunur. Təyyarə ilk uçuşunu 2004-cü ildə keçirib. O vaxtdan bəri İtaliyanın və bəzi digər ölkələrin Hərbi Hava Qüvvələri bu təyyarələrdən alıb.

Azərbaycan İtaliyadan 10 təlim-döyüş təyyarəsi alıb


Hazırda İtaliya HHQ-nin silahlanmasında 18 belə təyyarə var. Sinqapur 12, İsrail 30, Polşa isə 8 M-346 təyyarəsi alıb. Azərbaycan da “Leonardo Aircraft” şirkətinin müştəriləri arasındadır və Müdafiə Nazirliyi ilk dəfə 2017-ci ilin mayında Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil olan yeni nəsil M-346 təyyarəsini nümayiş etdirib. Lakin o vaxt Azərbaycanın İtaliyadan neçə təyyarə aldığı göstərilməmişdi.

İndi Rusiya mənbələrində göstərilir ki, Azərbaycan “Leonardo” şirkətindən 10 təyyarə alıb və daha 15 təyyarə sifariş verib.

Təyyarədə iki turboreaktiv mühərrik quraşdırılıb və bu mühərriklərin sayəsində M-346 saatda 1050 kilometrə qədər sürət yığa bilir. Şirkət təyyarəni daha da təkmilləşdirərək onu təlim-döyüş təyyarəsinə çevirib. M-346 təyyarələrinin təlim-döyüş versiyası qanadaltı asmalarda 3 tona qədər ağırlığında cəmi 5 bomba daşıya bilir.

Azərbaycan İtaliyadan 10 təlim-döyüş təyyarəsi alıb


“Leonardo” şirkətinin Azərbaycana satdığı və satmağa hazırlaşdığı təyyarələrin neçəsinin təlim-məşq, neçəsinin təlim-döyüş təyinatlı olduğu məlum deyil. Lakin ehtimal edilir ki, bu təyyarələrin əsas qismi məhz təlim-döyüş təyinatlı olacaq. Çünki pilotların döyüş hazırlığı üçün o qədər də çoxsaylı təyyarələrə ehtiyac yoxdur. Azərbaycan isə son illər öz Hərbi Hava Qüvvələrini müasir döyüş təyyarələri ilə təchiz etməyin müxtəlif variantlarını, o cümlədən Pakistan-Çin istehsalı olan JF-17 qırıcılarının alınmasını nəzərdən keçirib. Belə situasiyada İtaliya istehsalı olan yüngül təlim-məşq təyyarələrinin təlim-döyüş versiyası Azərbaycan üçün tamamilə sərfəli variant kimi görünür. Həmin təyyarələri İsrailin köməyi ilə daha da təkmilləşdirmək və döyüş imkanlarını genişləndirmək olar.

Belə ki, ötən il xarici KİV-lərdə yer alan xəbərlərdə deyilirdi ki, İsrail Müdafiə Nazirliyi özünün hərbi avasiya parkında yer alan İtaliyanın “Alenia Aermacchi” şirkətinin istehsalı olan M-346 “Master” təlim-döyüş təyyarələrini təkmilləşdirir. 2012-ci il iyunun 2-də İsrail Müdafiə Nazirliyi ilə “Alenia Aermacchi” şirkəti arasında dəyəri 1 milyard dollar olan müqaviləimzalanıb.

Azərbaycan İtaliyadan 10 təlim-döyüş təyyarəsi alıb


Müqavilə əsasında “Alenia Aermacchi” şirkətinin İsrail Hərbi Hava Qüvvələrini (HHQ) “Lavi” adı verilən 30 ədəd M-346 təlim-döyüş təyyarələri ilə təmin etməsi nəzərdə tutulub.

Son “Lavi” təyyarəsinin İsrail HHQ-nin inventarına daxil olmasından az vaxt keçməsinə baxmayaraq, təyyarənin imkanlarını genişləndirmək məqsədi ilə onun müasirləşdirməsinəqərar verilib. İsrail istehsalçı şirkətlə birlikdə təyyarənin təlim bombaları və asma yanacaq çəni ilə təchiz edilməsi üzərində işləyir.

Gələcəkdə təyyarələrin istehsalçısı analoji müasirləşdirməni başqa müştərilərə də təklif edə biləcək. Yenilənmiş M-346 təyyarəsi demək olar ki, 3 il istismar müddətində İsrail HHQ-nin təcrübəsinə əsaslanan xüsusi proqram təminatı alıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *